Millimizin basketbolçusu karyerasını bitirdi

26.08.2024 15:15 307
İdman
3x3 basketbol üzrə millimizin üzvü Mersedes Uolker karyerasını başa vurub.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2015-ci ildən etibarən yığmamızın üzvü olan oyunçu 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, bu il Yay Olimpiya Oyunlarında da yığmanın heyətində yer alıb.