Millimizin üzvü "Anderlext"ə keçdi

4.07.2023 11:55 249
Yığma
Azərbaycan millisinin futzalçısı Rafael Vilela karyerasını Belçikada davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı oyunçu "Anderlext"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Rafael Vilela daha əvvəl Rusiyada "Tümen", İspaniyada "Palma" klublarında çıxış edib.