Riçard Almeyda: 250

26.08.2024 11:34 285
Ölkə futbolu
Riçard Almeyda “Qarabağ”ın forması ilə ölkə çempionatlarında 250-ci oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubileyi Misli premyer-liqasının 4-cü turuna təsadüf edib.

O, “Turan Tovuz”la ev görüşündə (0:1) meydana çıxıb. Riçard 250 matçda 51 qola imza atıb. Braziliyalı yarımmüdafiəçi ölkə çempionatları tarixinə eyni klubda 250 və daha çox oyun keçirən 5-ci futbolçu kimi düşüb. Bu göstəricidə mütləq rekord onun sabiq komanda yoldaşı Maksim Medvedevə məxsusdu – 376 matç. Qara Qarayevlə Aslan Kərimov da “Qarabağ”da, Rahid Əmirquliyev isə “Xəzər Lənkəran”da “250”ni geridə qoyub.

Qeyd edək ki, 2012/13 mövsümündən fasilələrlə “Qarabağ”da çıxış edən Almeydanın debütü 2012-ci il avqustun 5-nə təsadüf edib. O, “İnter”lə (indiki “Şamaxı”) səfər matçında (1:1) şans qazanıb.