Məşhur qapıçı klubunu dəyişdi

23.08.2024 13:49 324
Dünya futbolu
Çexiya millisinin, “Çelsi” və “Arsenal”ın sabiq qapıçısı, hazırda hokkeyçi olan Petr Çex klubunu dəyişib.

42 yaşlı idmançı “Belfast Giants”a qayıdıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Petr müqavilə ilə “Oksford Siti Stars”a məxsusdu. 2019-cu ildən hokkeyçi karyerasına başlayan Çex daha əvvəl də “Belfast Giants”da oynayıb.

Xatırladaq ki, Petr futbolçu karyerasına 1999-cu ildə başlayıb və 2019-cu ildə futbolla vidalaşıb. Onun sonuncu klubu “Arsenal” olub.