"Football-plus.az" xəbər verir ki, bu haqda xəbəri klubun “tvitter” səhifəsi yayıb. Məşhur qapıçının fikirləri:
“Çelmsford”dan aldığım yeni çağırışın həyəcanı ilə yaşayıram. Komandaya bu mövsüm üçün qarşıda duran hədəflərə çatmaqda yardım etmək istəyirəm”.
“Çelmsford” İngiltərə çempionatının 3-cü divizionunda çıxış edir. Çex buna qədər 4-cü divizion klubu “Gilford Finiks”in şərəfini qoruyub. 40 yaşlı çexiyalı qapıçı iyunun 30-da “Çelsi”nin texniki direktoru və idman məsləhətçisi postunu tərk edib.


