40 yaşında da klubunu dəyişdi

25.06.2024 19:50 295
Dünya futbolu
Vaqner Lav karyerasını başa vurmaq fikrində deyil.
“Football-plus.az” xəbər verir ki, Braziliya yığmasının sabiq oyunçusuun yeni klubu müəyyənləşib.

40 yaşlı hücumçu bundan sonra da vətənində top qovacaq. Vaqner Lav “Avay” klubu ilə birillik müqavilə bağlayıb. Bu barədə B seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, məşhur futbolçu buna qədər 12 klubda çıxış edib. Onun formasını daşıdığı komandaların sırasında “Palmeyras”, “Flamenqo”, ÇSKA (Moskva), “Monako” və “Beşiktaş” da var.