“İnter Mayami”nin hücumçusu Lionel Messinin yaşıl meydana nə vaxt qayıdacağı məlum olub.
Argentina millisinin kapitanı zədəsini sağaltmaq üzrədi. 36 yaşlı futbolçu fərdi proqram üzrə məşqləri davam etdirir. O, tezliklə komanda ilə məşqlərə başlayacaq. Forvardın sentyabrın 1-də keçiriləcək “Çikaqo Fayr”la matçda meydana çıxacağı istisna olunmur. Lakin məşqçilər heyətinin əsas məqsədi onu “Filadelfiya Yunion” ilə sentyabrın 14-də keçiriləcək oyun üçün hazırlamaqdı.
Xatırladaq ki, Messi Argentina yığmasının Amerika Kubokunun iyulun 15-də Kolumbiya ilə keçirilən final matçında (1:0) topuğundan zədə alıb.