Messi ilə bağlı son xəbər

23.03.2024 13:00 243
Dünya futbolu
Lionel Messinin son durumu ilə bağlı xəbər yayılıb.

Argentina millisinin bu ay keçirilən təlim-məşq toplanışında zədə səbəbindən iştirak edə bilməyən “İnter Mayami”nin hücumçusu artıq məşqlərə başlayıb. 36 yaşlı futbolçu fizioterapevtin nəzarəti altında fərdi məşq edir.

Argentina millisi ABŞ-da iki yoldaşlıq oyunu keçirəcək.

Sonuncu dünya çempionu martın 23-də Salvador, martın 26-da isə Kosta Rika ilə qarşılaşacaq.