• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Cəbrayıl”ın baş məşqçisi çağırış etdi, iş adamlarından dəstək istədi

1-ci liqa / Manşet

21-08-2024, 22:0

“Qəbələ”ni həm iş, həm də peşəkarlıq baxımından yaxşı qiymətləndirirəm”


1-ci liqa komandalarından "Cəbrayıl"la “Qəbələ” dünən yoxlama oyunu keçirib. Elhad Nəzirinin çalışdırdığı komanda səfərdə “qırmızı-qaralar”a 2:5 uduzub. Oyundan sonra Elhad bəylə əlaqə saxladıq:
“Yol yorğunluğu, həm də rəqibin doğma meydanda oynaması işimizi çətinləşdirdi. Komandamız istidən gedib Qəbələdə yağışlı havaya düşdü ki, bu da məğlubiyyətdə rol oynadı. Bizim üçün önəmli olan hesab deyildi, müdafiə və hücum planında futbolçularımızdan istədiyimizi almaq idi. Rəqib fərdi keyfiyyətləri üstün olan futbolçulardan ibarət çox yaxşı komanda qurub. İstər müdafiədə, istərsə də hücumda nə etdiklərini bilirlər. Büdcə baxımından qat-qat üstündülər. “Qəbələ”nin 3-4 futbolçusunu bizim heyətin bütün üzvlərinə bərabər saymaq olardı. Həm legionerlərdən, həm də azərbaycanlı oyunşulardan ibarət çox yaxşı kollektiv formalaşdırıblar. Səviyyəli komandaya qarşı oynadıq. Biz də səhvlərdən nəticə çıxaracağıq. Belə komanda ilə oynamaq bizim üçün təcrübə oldu. Önümüzdə bir ay var. Başqa rəqiblərin indiki durumunu bilmirəm, amma gördüyüm “Qəbələ”ni həm iş, həm də peşəkarlıq baxımından yaxşı qiymətləndirirəm. Ayın 21-də “Qaradağ-Lökbatan”la yoxlama oyunumuz var”.

Elhad bəy komandasının çempionata hazırlığından da söz açdı:
“Komandamız təlim-məşq toplanışına getmədiyi üçün çempionata tam hazır deyilik. Çalışırıq heyəti həm fiziki, həm taktiki durum baxımından müəyyən səviyyəyə gətirib çatdıraq. Qalan müddətdən bacardıqca səmərəli istifadə etməyə çalışırıq. Transferlər işlərimiz isə davam edir. Üç-dörd yeni oyunçu almaq istəyirik. “Qarabağ”dan, “Səbail”dən, “İmişli”dən bir neçə futbolçu ilə müqavilə imzalamışıq. Təəssüf ki, büdcə problemimiz olduğuna görə yeni transferləri hələ də həyata keçirə bilmirik. Bəzi mövqelərdə boşluqlarımız var, amma danışıqlarımız davam edir. Ən böyük problemimiz maddiyyatdı, AFFA-nın ayırdığı məbləğin kifayət etmir. Çünki işçi heyəti, klubun yol xərcləri, futbolçulara ayrılan pullar və s. var. Komandada cəmi 18 oyunçu var. Bizə başqa qurumlardan sponsor dəstəyi olmasa, məcburuq ki, yeni oyunçu cəlb etmədən yalnız bu futbolçularla davam edək. Futbolçularla razılaşdıqda AFFA-nın ayırdığı büdcəni nəzərə alıb, ona uyğun transferlər etmişik. Sonradan bu mövzuda problem yaranmasını istəmirik. Həm də “Cəbrayıl” 1-ci liqada Qarabağı təmsil edən yeganə klubdu. İstərdim ki, müəyyən qurumlar “Cəbrayıl”a maddi yardım göstərinlər. Klub rəhbəri öz büdcəsindən müəyyən məbləğ ayırır, amma bu da bəs etmir. Təkcə stadionda məşq etməyimiz ayda 5 min manata başa gəlir. Stadion tapmaq çətindi. Məcburiyyətdən “Neftçi”nin köhnə bazasında məşqlərimiz davam edir. İstərdik ki, ən azı 2-3 saat o meydançadan istifadə edə bilək. Təəssüf ki, maliyyə məsələsinə görə bu imkanlardan yararlana bilmirik. Gündə bir saat, bəzən də saatyarım məşq edirik. Rəhbərliyin strategiyası yola gənc oyunçularla davam etməkdi. Kluba sponsor, maliyyə dəstəyi çox vacibdi. Heyət 20, 21, 22 yaşlı gənclərdən ibarətdir. Rəhbərlik tərəfindən qarşımıza əsas məqsəd kimi çempionatda qalmaq qoyulsa da, gənclərin potensialından maksimum yararlanıb yüksək yerlər uğrunda mübarizə aparacağıq. Üzərimizə düşən vəzifəni ən mükəmməl formada icra etməyə çalışacağıq”.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

1-ci liqa

16-08-2024, 22:0

“Qəbələ” sınaq matçında “Cəbrayıl”dan üstün oldu

Ölkə futbolu

4-07-2024, 17:0

“Cəbrayıl”a yeni baş məşqçi təyin edildi

Ölkə futbolu

5-10-2022, 12:0

Cavid Hüseynov “Cəbrayıl”ı bir məktəbdə oxuduğu dostuna tapşırıb

1-ci liqa

19-08-2024, 20:0

“Qəbələ”dən növbəti darmadağın

Aktual / 1-ci liqa

8-08-2023, 16:0

Cavid Hüseynov: “Komanda şəklində həm müdafiədə, həm də hücumda problemlərimiz var”

Yığma / Manşet

18-08-2022, 13:0

Özbəkistana 0:4 hesablı məğlubiyyətin səbəbi – FÜZULİ MƏMMƏDOV AÇIQLADI

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 22:45
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Bu gün, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Bu gün, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Bu gün, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Bu gün, 20:08
    Millimizdən iki qələbə
  • Bu gün, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Bu gün, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Bu gün, 18:30
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 15:07
    Klubuna sadiq qaldı
  • Bu gün, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Bu gün, 13:43
    Nuriyevin komandası uduzdu
  • Bu gün, 13:20
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 12:50
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 193
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 125
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 98
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə