Komanda özbəkistanlı yaşıdları ilə qarşılaşıb. İlk matçda bu rəqibinə 0:4 hesabı ilə uduzan yığmamız bu dəfə qolsuz heç-heçəyə razılaşıb.
“Football-plus.az” saytı olaraq təlim-məşq toplanışı və Özbəkistanla oyunlarla bağlı U-16-nın baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxladıq:
“Öncə birinci oyundan danışmaq istəyərdim. Bu matçda hələ rəqibi tanımırdıq. Bilirsiz ki, U-16 ilk dəfədi ki, səfərdə beynəlxalq yoldaşlıq oyunu keçirir. Bundan əlavə, Azərbaycanda çempionat başlamadığı üçün futbolçular hazır deyildilər. Lakin çalışdıq ki, nə olur-olsun, uşaqlar beynəlxalq yoldaşlıq oyunlarında təcrübə yığsınlar. Bakıdakı birhəftəlk toplanışdan sonra Özbəkistana gəldik. İlk matçda yaxşı, sürətli komandaya qarşı oynadıq. İstər-istəməz səfərdə oynadığımıza görə uşaqlarda bir az sıxılma, həyəcan hiss olunurdu. Amma bizim üçün önəmli olan futbol oynamaq, verilən tapşırıqlara əməl etmək idi. Hücum xəttimiz pis deyildi. Sadəcə, uşaqlarda təcrübəsizlik sözünü deyirdi. Müdafiədə zəif çıxış etik, səhvlərimiz çox idi.
Əlbəttə, bu oyunu təhlil etdik. İkinci görüşə kimi bir taktiki məşqimiz oldu. Çalışdıq ki, həmin səhvləri aradan qaldıraq. İkinci görüşdə komanda, demək olar ki, müdafiədə səhvsiz oynadı. Hücumda isə yararlana bilmədiyimiz epizodlar oldu. Lakin komandanın əzmkar mübarizə aparması, uduzmaq istəməməsi, hətta qələbəyə can atması xoşuma gəldi. Onu da deyim ki, bir oyunun təxminən 1/3-ni 10 nəfərlə keçirdik. Bir futbolçumuz qırmızı vərəqə aldı. Bütün bunlara baxmayaraq, düşünürəm ki, komandanın oyunu ilk dəfə üçün pis deyildi. Daha çox belə görüşlər keçirərək təcrübə toplamalıyıq. Çünki 16 yaşlılar növbəti il seçmə mərhələdə çıxış edəcəklər”.

ŞAİR ABDULLA