Rusiyanın Sankt-Peterburq şəhərində gənc cüdoçular arasında Avropa Kuboku keçirilib. 17 ölkədən 259 (171 oğlan, 88 qız) cüdoçunun qatıldığı turnirə yığmamız 28 (23 oğlan, 5 qız) idmançıyla yollanıb. Heyətinin genişliyinə görə millimiz yalnız Rusiyadan geri qalıb. Elçin İsmayılovun hər 4 yetirməsindən biri fəxri kürsüyə qalxıb. 55 kq-da Azərbaycan finalı yaşanıb. Rövşən Əliyev həlledici görüşdə Balabəy Ağayevə qalib gəlib. Yaşar Nəcəfovla (60 kq) Ramilə Əliyeva gümüş, Əhməd Yusifov (60 kq), Murad Fətiyev (81 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıb. Raşxan Baxışəliyev (55 kq), İsmayıl İbrahimov, İbrahim Əliyev, Davud Abbaslı (hamısı 66 kq), Kərim Məmmədov, Rüfət Məmmədov, Hasil Cəfərov, Abdulcəlal Hüseynov, Kərim Allahverdiyev (hamısı 73 kq), Musa Hüseynli (81 kq), Rəvan Tağıyev, Azər Yaqubov, Rəşid Qafarlı (hamısı 90 kq), Adil Kərimli, Behrud Behzadi, Cəfər Əkbərli (hamısı 100 kq), Ayxan Cəfərov, Camal Feyziyev (hər ikisi +100 kq), İlahə Əhlimanova (52 kq), Günel Bəkirzadə və İçinxorloo Munxtsedev (hər ikisi 57 kq) uğur qazana bilməyib. Yekunda komandamız 1 “qızıl”, 3 “gümüş” və 3 “bürünc”lə üçüncü yeri tutub. Yığmamız yalnız Rusiya (8-4-16) və Yaponiyadan (5-3-3) geri qalıb.