Santuş hələ də özünə köməkçi tapmayıb

21.08.2024 11:13 335
Aktual / Ölkə futbolu
Arif Əsədovla yollar ayrılandan sonra ölkənin futbol yığmasının köməkçi məşqçi postu hələ də sahibsizdi.

Fernando Santuşun çalışdırdığı komandada bu postda kimin qərarlaşacağı maraq doğurur. Görəsən, köməkçi məşqçinin kim olacağı yönündə danışıqlar yekunlaşıbmı? Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliylə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı belə oldu:

“Xeyr, hələ ki yerli köməkçi məşqçi ilə bağlı məsələ yekunlaşmayıb”.

KAMAL SƏFƏR