Klub prezidenti ilk məğlubiyyətdən sonra istefa verdi

20.08.2024 22:52 338
Dünya futbolu / Manşet
2-ci tur tamam olmamış Türkiyə futbolundan istefa xəbəri gəlib.

Amma bu dəfə istefa verən baş məşqçi yox, klub prezidentidi. İlk turda meydana çıxmayan ''Kayserispor'' mövsümdəki ilk oyununu dünən fanatları önündə ''Sivasspor''a qarşı keçirdi. Yaxın keçmişin tanınmış forvardı Burak Yılmazın çalışdırdığı Kayseri təmsilçisi hesabı açmasına rəğmən meydandan xalsız ayrıldı (1:2). Oyundan sonra isə ''Kayserispor'' prezidenti Əli Çamlı istefa verərək növbədənkənar seçkilərin keçiriləcəyini bildirdi. ''Kayserispor'' ciddi problemlər içindədi. Komandanın maddi durumu qaydasında deyil. Üstəlik FİFA kayserililərə 2 dönəm üçün transfer cəzası verib. Mövsümün startına az qalmış hətta Burak Yılmazın bu problemlər üzündən istefa verdiyi bildirilmişdi. Amma rəhbərlik son anda onu fikrindən daşındırmağı bacarmışdı. Əli Çamlı 2022-nin dekabrında baş tutan seçkilərdə qalib gələrək Berna Gözbaşının ardından prezident seçilmişdi. Çamlı açıqlamasında bunları deyib:
''Bizim hətta bilet satışından əldə etdiyimiz pullar da kluba gəlmir, borclara gedir. Belə olan halda məndən nə gözləyirsiz? Bu klubu bu vəziyyətə gətirənlərin hər halda üzləri qızaracaq və utanacaq üzləri varsa, utanacaqlar. Növbədənkənar seçkilərə qərar verirəm və ''Kayserispor''u bu vəziyyətə salanları səhnəyə dəvət edirəm. Buyursunlar, oynasınlar''.


ƏLİ