Yamal Andersonu necə təhqir edib?

19.11.2026 21:41 0
Dünya futbolu
Lamin Yamal İngiltərə ilə oyunda rəqib komandanın yarımmüdafiəçisi Elliot Andersonu təhqir edib. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Hadisə Millətlər Liqasının İspaniya – İngiltərə matçında baş verib. 63-cü dəqiqədə Anderson İspaniya yığmasının hücumçusu Yamalı kobud şəkildə yıxdığı üçün birbaşa qırmızı vərəqə alıb. Həmin vaxt hesab 3:0 İngiltərənin xeyrinə olub. “Marca”nın yazdığına görə, hakim penalti təyin etdikdən sonra futbolçular arasında mübahisə yaranıb. Yamal rəqibinə tərəf dönərək ona iki dəfə “axmaq” deyib, sonra isə Elliota meydanı tez tərk etməsini işarə edib.

İspaniya yığması Mikel Oyarsabalın 65-ci dəqiqədə penaltidən vurduğu qolla hesab arasındakı fərqi azaldıb. Niko Uilyams isə 75-ci dəqiqədə daha bir qol vurub. Nəticədə İngiltərə 3:2 hesablı qələbə qazanmaqla İspaniyanın 43 oyunluq məğlubiyyətsiz seriyasını qırıb.