Futbol həsrəti sona çatır

20.08.2024 11:13 370
Dünya futbolu
Sandro Tonalinin futbol həsrəti sona çatmaq üzrədi.

“Nyukasl”ın yarımmüdafiəçisi tezliklə yaşıl meydanda görünəcək.

İtalyan futbolçunun qanunsuz mərc oyunu oynadığı üçün aldığı 10 aylıq cəza sona çatmaq üzrədi. Sandro avqustun 28-də komanda ilə məşqlərə başlayacaq. Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb: 

“Tonalinin rəsmi futbol fəaliyyətlərinə tətbiq olunan 10 aylıq qadağası başa çatdıqdan sonra avqustun 28-də komandaya qayıdacağını açıqlaya bilərik. Klubumuz İtaliya Futbol Federasiyasından futbolçuya qarşı idman sanksiyasının avqustun 27-si daxil olmaqla, çərşənbə axşamına qədər qüvvədə olacağına dair rəsmi təsdiq sənədi alıb”.

Xatırladaq ki, Tonali 2023-cü il oktyabrın 27-də cəzalandırılıb. Onun “Nyukasl”a ötən yay “Milan”dan keçdiyini də yada salaq.