“Mançester Siti” və “Vest Hem” arasındakı danışıqlar müsbət nəticələnib.
Londonluların futbolçusu Divin Mubamanın keçidi ilə bağlı razılıq əldə edilib. Tanınmış insayder Fabritsio Romanonun məlumatında Mançester klubunun 19 yaşlı hücumçu üçün 1,2 milyon funt sterlinq ödəyəcəyi bildirilib. Onunla tibbi baxışdan uğurla keçdikdən sonra uzunmüddətli müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Divin İngiltərə premyer-liqasında cəmi 8 matçda meydana çıxıb.