Milli Hokkey Liqasında yeni mövsümün təqvimi ilə bağlı əsas detallar müəyyənləşib.
İlk oyunlar oktyabrın 4-5-də Çexiyada – MHL-in Qlobal seriyası çərçivəsində keçiriləcək. Şimali Amerikada ilk oyunların təşkili isə oktyabrın 8-nə nəzərdə tutulub. Müntəzəm çempionat aprelin 17-də başa çatacaq. Dekabrın 31-də keçiriləcək Qış klassikasında “Sent-Luis”lə “Çikaqo” iştirak edəcək. Fevralın 10-21-i aralığında Kanada, Finlandiya, İsveç və ABŞ yığmalarının iştirakı ilə keçiriləcək 4 millətin kubokuna görə müntəzəm çempionatda fasilə yaranacaq.
İyulun ilk günündə MHL-də azad agentlərin bazarı açıılıb. Və elə həmin gün MHL klubları yeni müqavilələrin imzalanmasına 1 milyard dollardan artıq pul xərcləyib. “Sportsnet”in yaydığı xəbərə görə, dünyanın ən güclü hokkey liqasının tarixində indiyə qədər belə şey olmamışdı.