Kelvin Fillips "İpsviç"də

18.08.2024 19:11 337
Dünya futbolu
"Mançester Siti"nin yarımmüdafiəçisi Kelvin Fillipsin yeni komandası müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, İngiltərə millisinin üzvü "İpsviç"ə keçib. Fubolçu yeni komandasında 2024/2025 mövsümünün sonuna qədər icarə əsasında çıxış edəcək. 28 yaşlı yarımmüdafiəçi "Lids"in yetirməsidi.

2022-ci ildə 49 milyon avroya MS-yə transfer olunan Fillips 2024-cü ilin əvvəlində 6 aylığa “Vest Hem”ə icarəyə verilmişdi. O, İngiltərə millisində meydana çıxdığı 31 matçda 1 qol vurub.