“Marsel” 19 yaşlı futbolçusunu icarəyə göndərdi

14.01.2023 12:45 276
Dünya futbolu
İsaak Ture “Marsel”i tərk edib.

Football-plus.az xəbər verir ki, klubu 19 yaşlı müdafiəçini mövsümün sonuna qədər “Oser”ə icarəyə verib. “Marsel”dən Jerson da ayrılıb. Yarımmüdafiəçi karyerasını vətəni Braziliyada davam etdirəcək. O, “Flamenqo” ilə müddəti 2017-ci ilə qədər nəzərdə tutulan müqavilə bağlayıb. “Marsel”in heyətini Ruslan Malinovski ilə gücləndirdiyini də qeyd edək. Fransa klubu ukraynalı yarımmüdafiəçiyə görə “Atalanta”ya 10 milyon avro ödəyəcək. Ruslan berqamolulara bonus kimi daha 3 milyon avro qazandıra bilər.