Matis Tel “Bavariya”da daha çox çıxış edəcək. O, klubla müqaviləsini yeniləyib.
Münhen klubunun saytının yaydığı xəbərə görə, onunla müqavilənin müddəti 2028/29 mövsümünün sonuna qədər uzadılıb. Bir müddət əvvəl Tellə “Mançester Yunayted”in maraqlandığı xəbər verilmişdi. Gənc hücumçu “Bavariya”da 2022-ci ilin yayından çıxış edir. O, bu mövsüm komandada bütün turnirlərdə 30 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə verib.