“Şamaxı” yoxlama oyunu keçirəcək

14.08.2024 20:12 347
Ölkə futbolu
“Qarabağ”la görüşü təxirə salınan “Şamaxı” sınaq matçına çıxacaq.

“Football-plus.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda I Liqa təmsilçisi "Zaqatala" ilə qüvvəsini sınyacaq. Görüş avqustun 16-da Şamaxı şəhər stadionunda baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 3-cü turunda keçirilməli olan "Şamaxı" - "Qarabağ" görüşü Ağdam təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Peşəkar Futbol Liqasına müaciətindən sonra təxirə salınıb.