Ronaldo qol vurdu, komandası finala yüksəldi

16.08.2024 00:35 321
Dünya futbolu / Manşet
Dünən Səudiyyə Ərəbistanı superkubokunda ikinci finalçı müəyyənləşdi.

''Əl-Nəsr'' ''Əl-Taavun'' üzərində 2:0 hesablı inamlı qələbə qazandı. Kriştiano Ronaldo komandasının qələbəsində mühüm rol oynadı. 39 yaşlı futbolçu əvvəlcə 8-ci dəqiqədə Ayman Yəhyanın fərqlənməsinə şərait yaratdısa, 57-ci dəqiqədə özü fərqlənərək yekun nəticəni müəyyənləşdirdi. Yeri gəlmişkən portuqaliyalı superulduz peşəkar səviyyədə ardıcıl 23-cü mövsümdə qol vurmağı bacardı!

O, yüksək səviyyədə hələ 2002-ci ildə ''Sportinq''in heyətində debüt edib. Avqustun 17-də baş tutacaq finalda ''Əl-Nəsr'' ən prinsipial rəqibi olan ''Əl-Hilal'' ilə qarşılaşacaq. Jorje Jezuşun çalışdırdığı ''Əl-Hilal'' yarımfinalda ''Əl-Əhli'' səddini yalnız penaltilər seriyasında adlaya bilmişdi. Ronaldonun ümumilikdə ''Əl-Nəsr''in heyətində 71-ci rəsmi oyunda 65-ci qolunu vurduğunu da bildirək.

ƏLİ