Franko Mastantuono tezliklə “River Pleyt”i tərk edəcək. İstedadlı futbolçu karyerasını Avropada davam etdirəcək.
“Football-plus.az” xəbər verir ki, “Real” 16 yaşlı yarımmüdafiəçini transfer etməyə yaxındı. “River Pleyt”in prezidenti Xorxe Pablo Brito keçidlə bağlı danışıqlar prosesini sona çatdırmaq üçün İspaniyaya gedib. Argentina və İspaniya mənbələrinin məlumatına görə, Madrid klubu artıq Mastantuono ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Argentinalı oyunçu 2019-cu ildən “River Pleyt”in stemindədi. O, bu ilin əvvəlindən əsas komandada çıxış edir.