“Football-plus.az” xəbər verir ki, ilk oyunda uduzan “bayquşlar” (0:1) İrlandiya təmsilçisini məğlub etsə, pley-offa yüksələcək.
Vacib matçdan əvvəl komandanın durumu və bilet alan azarkeşlərin sayı maraqlıdı. Bu üzdən klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovdan məlumat aldıq:
“Kollektivdə ab-hava yüksək səviyyədədi. Futbolçularımız oyuna tam hazırdı. Son məşq yaxşı keçib. Zədəlimiz yoxdu. Satılan bilet sayı isə 5500-dü. Ümid edirik ki, gün ərzində daha çox bilet satılacaq”.
Qeyd edək ki, oyun saat 20.00-da başlayacaq.
KƏNAN BAHADIR





