Ançelotti yeni mövsümdə Ardadan neçə qol gözləyir?

14.08.2024 14:33 331
Dünya futbolu
Bu mövsüm ''Real''da daha çox şans qazanacağı gözlənilən Arda Gülər ilə bağlı hər gün yeni iddia ortaya atılır.

Baş məşqçi Karlo Ançelotti son açıqlamalarının birində türkiyəli ulduzu rəqib qapıya mümkün qədər yaxın mövqedə oynadacağına işarə vurmuşdu. İspaniyanın ''As'' nəşrinin yazdığına görə italiyalı mütəxəssis oyunçularla keçirdiyi toplantıda yeni mövsümdə onlardan gözləntilərini dilə gətirib. Ançelotti həmin toplantıda Ardanın ötən mövsüm az oynamasına rəğmən 6 qol vurmasına təəccübləndiyini gizlətməyib. Eyni zamanda 65 yaşlı çalışdırıcı Türkiyə yığmasının üzvünə ''yeni mövsümdə səndən 10-12 qol gözləyirəm'' deyib.

Xəbərin davamında qeyd olunub ki, Arda Ançelottinin bu sözlərini gülərüzlə və məmnuniyyətlə qarşılayıb. Onu sevindirən əsas məqam yeni mövsümdə daha çox oynamaq şansı qazanacağıdı.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul