"Qarabağ"ın futbolçusu Kevin Medina Bolqarıstanda "Ludoqorets"ə əlavə vaxtda 7:2 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçını dəyərləndirib.
"Football-plus.az" xəbər verir ki, 31 yaşlı müdafiəçi şəxsi instaqram hesabında paylaşım edib.
Komanda ilə birlikdə fotosunu yayımlayan kolumbiyalı oyunçu "Bu komandaya hörmət edin" yazıb.