Kevin Medina: "Bu klub, şəhər qladiatorlar ailəsidi"

18.07.2022 11:12 604
Premyer-liqa
“Qarabağ”ın müdafiəçisi Kevin Medina azarkeşlərə müraciət edib.

Football-plus.az xəbər verir ki, 29 yaşlı futbolçu bununla bağlı şəxsi "instaqram" hesabında paylaşım edib:

“Bu klub, şəhər, qladiatorlar ailəsidi. Verdiyiniz böyük dəstəyə görə təşəkkür edirəm. Gəlin, böyük ailəmiz üçün daha çoxunu edək”.


“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində iyulun 19-da İsveçrə çempionu “Sürix”lə qarşılaşacaq. İlk oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu komandaların cavab qarşılaşması isə iyulun 27-də İsveçrədə keçiriləcək.