Şahruddin Medinaya dəstək oldu

31.07.2022 13:39 405
Premyer-liqa
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sürix”ə (İsveçrə) qarşı keçirilən oyununda zədələnərək matçı vaxtından əvvəl tərk edən “Qarabağ”ın futbolçusu Kevin Medinanın azı bir ay yaşıl meydanlardan uzaq qalacağı bəlli olub.

Football-plus.az
xəbər verir ki, Şahruddin Məhəmməliyev kolumbiyalı müdafiəçiyə dəstək olub. Millimizin qolkiperi şəxsi "instaqram" hesabında Kevinlə bağlı paylaşım edib:

“Qardaşım, biz səni tezliklə gözləyirik. Hər şey yaxşı olacaq”.