Bu gün AFFA-nın inzibati binasında 1-ci liqanın 2024/25 mövsümünün püşkatma mərasimi keçirilib.
"Football-plus.az" xəbər verir ki, tədbirdə iştirak edən klub nümayəndələrinin seçimləri nəticəsində 1-ci turun cədvəli belə formalaşıb:
Difai Ağsu - Cəbrayıl
İmişli - Baku Sportinq
MOİK - Mingəçevir
Karvan - Qaradağ Lökbatan
Qəbələ - Zaqatala
1-ci liqada yeni mövsümə sentyabrın 11-də start veriləcək. Çempionat bu dəfə də üç dövrədən ibarət olacaq.
KƏNAN BAHADIR