“Çelsi”də daha bir yeni oyunçu

13.08.2024 11:13 274
Dünya futbolu
“Vulverhempton”un oyunçusu Pedro Netu karyerasını “Çelsi”də davam etdirəcək.

“Sky Sport”un məlumatına görə, İngiltərə klubları 24 yaşlı müdafiəçinin transferi ilə bağlı razılığa gəliblər. “Çelsi” keçidə görə 54 milyon funt sterlinq ödəyəcək. Portuqaliya millisinin futbolçusu ilə 6 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 2023/24 mövsümünü “Vulverhempton”da keçirən Netu 24 matçda 3 qol vurub və 11 məhsulun ötürmə edib.