Rumıniya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Gözlənildiyi kimi, bu posta Mirça Luçesku təyin olunub.
Qocaman mütəxəssis son günlər yerli federasiya ilə danışıq aparırdı. Rumıniya Futbol Federasiyasının saytının yaydığı xəbərə görə, 79 yaşlı mütəxəssislə müddəti 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. Sonuncu iş yeri Kiyev “Dinamo”su olan Luçeskunun 38 ildən sonra milli komandaya qayıtdığını qeyd edək.
Rumıniyalı çalışdırıcı 1981-86-cı illərdə ölkəsinin milli komandasının baş məşqçi vəzifəsində işləyib.