• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Deyəsən, hakim də tovuzlu azarkeşlərin yaratdığı atmosferə düşmüşdü"

Premyer-liqa / Manşet

11-08-2024, 22:0

"Sumqayıt" Misli premyer-liqasının 2-ci turunda "Turan Tovuz"un meydanından məğlub ayrıldı - 0:1.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Xüsusilə, ikinci hissədə qol vurmaq üçün çox əziyyət çəkdik. Lakin alınmadı. Təəssüf ki, səfərdən xalsız qayıdırıq. Komanda şəklində deməzdim, amma bəzi futbolçular yaxşı oynadı. "Turan Tovuz"un ilk ev oyunu idi. Böyük ajiotajın yaşanmasına baxmayaraq, oyunçularım təsir altına düşmədi. Bu, məni çox sevindirir. Futbolçuların durumu qaneedicidi. Konfrans Liqasında mübarizəni dayandırdıqlarına görə çox üzgündülər. Tez-tez topu itirməklə yanaşı, bəzi ağlasığmaz səhvlər də etdilər. Elə səhvlər ki, komandanın oyununu sıradan çıxardı. Amma üstünlüyümüz də oldu. Digərləri səhvləri düzəltdi. Çempionat hələ yeni başlayıb. Yaxşı olacağına ümid edirik. Üzülmürük deməzdim, amma qısa vaxtda toparlanıb tam olaraq premyer-liqaya köklənəcəyik.

- Ehtiyat oyunçular skamyası hələ də kasaddı. Hücum cəhdlərində daha çox gücə ehtiyac olsa da, əlavə qüvvə yoxdu.
- Əvvəl demişəm, yenə təkrarlayıram. Bu barədə mənə sual verməyin. Bəli, bəzi epizodlarda heyəti gücləndirmək lazım idi. Olmadı. Transfer yoxdusa, bu heyətlə oynamalıyıq.

- Kurban Berdıyevin gəlişindən sonra "Turan Tovuz"da hansı dəyişiklikləri hiss etdiz?
- Çempionat hələ yeni başlayıb. İndidən dəyərləndirmək istəmirəm.

- Bilirik ki, hücumçunun işi qol vurmaqdı. Nikola Vuyneviç hələ dərk etmir ki, qol vurmağa gəlib?
- Məncə, yaxşı vəziyyətdədi. Sadəcə, hücum edərkən topu itirdiyimizdən komandada dağınıqlıq yaşanırdı. Həm azarkeş təzyiqinə tab gətirmək, həm də diqtə edən tərəf olmaq istəyirdik. Birinci hissədə müdafiəçilərimiz aktiv oynamasa da, ikincidə irəliləyiş hiss olundu.

- 54-cü dəqiqədə Rezabalaya qarşı kobud qayda pozuntusu qeydə alındı. Amma hakim qırmızı vərəqə göstərmədi. Bu barədə nə deyə bilərsiz?
- Çoxu həmin epizodda "qırmızı"nın olduğunu bildirdi. Nə deyək? Hakimin şəxsi qərarıdı. Deyəsən, tovuzlu azarkeşlərin yaratdığı atmosferə düşmüşdü. Bu üzdən ona iradımı bildirdim. VAR da müdaxilə etmədi.

- Rövlan Muradov kifayət qədər təcrübəli futbolçudu. Ötən mövsüm sabit çıxış edərək komandaya fayda verdi. Amma bu matçda belə olmadı. Onu əvəzləyərkən dərdinin nə olduğunu soruşdunuzmu?
- Yox, heç nə demədim. Dərdinin olduğuna inanmıram. Varsa, oyuna yansıtmamalıdı. Belə davam etsə, o yox, biz nəsə fikirləşməliyik.

- Konfrans Liqası və iki premyer-liqa oyunu geridə qaldı. Masaki Murata və Kasimir Ninqa kimi futbolçuları göndərmək üçün tələsdiyinizi düşünürsüz?
- Xeyr. Şəxsən, öz qərarım idi. İrəli getmək istəyiriksə, daha yaxşılarına ehtiyac var. Məncə, tamamilə düzgün addım atmışıq. Bu söhbət açılanda düşünürəm ki, kimsə nəsə başqa səbəb axtarır. İnanıram ki, onlardan yaxşılarını gətirəcəyik.

- İlk "dördlüy"ə yaxın pillələrdə qərarlaşmaq istəyirsiz. Transfer olmayacaqsa, bunu necə bacaracaqsız?
- Elə söz demədim. Yeni futbolçular almağa çalışacağıq. Sadəcə, alınmasa, əlimizdəki heyətlə hədəfə çatmalıyıq. Mənə elə gəlir ki, hər şey əladı. Möhkəm komandayıq.

- Adətən baş məşqçi istəyir, rəhbərlik də transfer edir. İndi durum necədi? Siz istəsəz də, rəhbərlik razı deyil?
- Bu suala cavab vermək istəmirəm.

- Niyə yaxşı şərait olsa belə, cinahlara asma edib qol vurmağa çalışmırsız?
- Futbolçularımın hamısı başla oynaya bilmir. Bəzi epizodlar üçün fərqli strategiyalar düşünmüşdük. Sadəcə, birinci hissə istədiyimiz kimi keçmədi. Asmanı qola çevirən futbolçu yoxdusa, asma etmək də mənasızdı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

13-08-2022, 23:0

"Turan Tovuz" yaxşı müdafiə olundu" - Mahmud Qurbanov

Premyer-liqa / Manşet

26-01-2024, 17:0

"Mən mətbuata, hakimliyə fokuslanmıram, təzyiq altında oynamağa öyrəşməliyik"

Premyer-liqa / Manşet

3-02-2024, 20:0

"İki gün ərzində nəyisə dəyişmək bir az çətin məsələdi"

Premyer-liqa / Manşet

13-08-2023, 21:0

"Qarabağ"la oyunda edilən səhvlər baha başa gəlir" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

28-10-2023, 21:0

"Rəqib heyət, struktur olaraq bizdən üstündü" - Azər Məmmədov

Aktual / Ölkə futbolu

11-11-2023, 22:0

"Müdafiə planında əskiklərimiz var"

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə