“Çaykur Rizəspor” təcrübəli ingiltərəli futbolçu Conco Şelvi ilə yollarını ayırıb.
“Football-plus.az” xəbər verir ki, Rizə təmsilçisindəki icarə müddəti başa çatan 32 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu “Nottingem Forest”ə qayıdıb. Daha öncə “Liverpul” və “Nyukasl”da da forma geymiş Şelvi Türkiyədə öz oyunu ilə diqqət çəkməyi bacardı. O, mövsümü 33 rəsmi oyun, 3 qol, 7 məhsuldar ötürmə göstəriciləri ilə tamamladı.
“Çaykur Rizəspor”da ayrılıq
Dünya futbolu

