8 ildən sonra doğma klubuna qayıtdı

10.08.2024 12:56 326
Dünya futbolu
PSJ Renato Sanşeşi növbəti dəfə icarəyə verib.

Portuqaliyalı yarımmüdafiəçi karyerasını yenidən vətənində davam etdirəcək. O, yenidən “Benfika”ya qoşulub. Sanşeş növbəti mövsümü icarə əsasında Portuqaliya klubunda keçirəcək.

Renato “Benfika”nın yetirməsidi. O, 2015-16-cı illərdə bu klubun formasını geydikdən sonra “Bavariya”ya transfer olunub. Sanşeşin son mövsümü icarə əsasında “Roma”da keçirdiyini də bildirək.