• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurban Qurbanov transferləri bitirməyib, Roman Qriqorçuk etiraf etdi - ANKET-SORĞU

Ölkə futbolu / Manşet

10-08-2024, 12:0

“Futbol+”in daimi oxucuları hər mövsüm ərəfəsində elita klublarının baş məşqçiləri arasında standart suallar əsasında anket-sorğu keçirməyimizdən xəbərdardı.

Bu dəfə bir qədər geciksək də, hər halda, 10 klubun baş məşqçisindən aşağıdakı suallara cavab ala bildik:

1. Təlim-məşq toplanışından razı qaldız?
2. İstədiyiniz transferləri reallaşdıra bildiz?
3. Komanda çempionat neçə faiz hazırdı?
4. Komandanın qarşısına hansı hədəf qoyulub?


Qurban Qurbanov (Qarabağ)
1. Komandamın hazırlığından razı qaldım.
2. Yox, hələ istədiyimiz transferləri tam reallaşdıra bilməmişik.
3. Başlanğıc üçün pis deyil. Deməzdim ki, komandam tam hazırdı. Amma hazırlıqlıdılar.
4. Həmişə komandamın qarşısına maksimum hədəf qoyulur. Çalışırıq ki, məqsədimizə çataq. Amma ilin sonunda nə olacağını əvvəlcədən demək olmur.

Rəşad Sadıqov (Zirə)
1. Düşünürəm ki, təlim-məşq toplanışını pis keçirmədik. İstərdik ki, toplanış daha çox çəksin, amma avrokubokların startı ilə bağlı bir qədər qısa oldu. Çempionat gedə-gedə hazırlıqla bağlı bəzi şeyləri tamamlamağa çalışacağıq.
2. Bu il komandada çox da dəyişiklik etməmişik. Düzdü, istərdik ki, daha 2-3 futbolçu ilə heyəti daha da gücləndirək. Amma hələ ki istədiyimiz futbolçuları tapmaqda çətinlik çəkirik. Transferlərimiz yerli bazardan olan futbolçulardı. Planımız bir-iki mövqedə rəqabəti daha da gücləndirmək, heyəti genişləndirməkdi. Nə dərəcədə alınıb-alınmayacağını zaman göstərəcək.
3. Faizlə qiymətləndirmək çətin olacaq. Əlmizdən gələni edəcəyik ki, uğurlu olaq, yaxşı nəticə əldə edək. Ancaq rəqib komandaların da güclənməsi ilə bağlı məlumatları biz də görürük. Rəqiblər də transfer edir, güclü, təcrübəli, adlı-sanlı məşqçilər çempionatımıza dəvət olunub. Bu isə onu göstərir ki, çempionat ötənilkindən daha gərgin keçəcək. Buna görə də daha yaxşı hazır olmalıyıq.
4. Bilirəm ki, ən azı 6-7 komanda avrokuboklara vəsiqə qazanmağı hədəf qoyub. Biz də bunlardan biriyik. Çalışacağıq ki, avrokuboklara vəsiqə qazanaq. Başa düşürük ki, bizi bu yolda nələr gözləyir, necə rəqiblərimiz var. Hər xal uğrunda mübarizə aparmaq lazımdı.

Roman Qriqorçuk (Neftçi)
1. Ümumilikdə pis deyil. Amma daha çox vaxtımızın olmasını istərdim.
2. Hələ tam deyil. Bu istiqamətdə işləri davam etdiririk.
3. Faizlə müəyyənləşdirmək çətindi. Amma qətiyyətlə deyə bilərəm ki, hazırlıq səviyyəmiz 100 faizdən çox uzaqdı.
4. Hər növbəti oyunda qalib gəlmək.

Samir Abasov (Sumqayıt)
1. Bəli, təlim-məşq toplanışından razı qaldım. Məşqlər istədiyimiz səviyyədə keçdi.
2. Transferlərdə çox çətinlik çəkdik. Çünki oyunçulari bura gətirmək çətindi. Düzdü, bəzi futbolçuların agentləri bizə problemlər yaşatdı. Amma etdiyimiz transferlərin bizə fayda verəcəyinə inanıram. Yaxşı futbolçulardı, gələcəkdə bizə kömək edəcəklər.
3. Komandamın çempionata hazır olduğunu düşünürəm. Bunu faizlə demək istəmirəm, amma yaxşı formada olduğumuzu düşünürük.
4. Hədəf həmişə ən yaxşısını etməyə çalışmaqdı. Çempionatın bu il daha da çətin olacağını bilirik. Amma bu məqam bizi daha da motivasiyalandırır. Biz də yüksək yerlər üçün oynayacağıq.

Krunoslav Renduliç (Sabah)
1. Təlim-məşq toplanışından tam razı qaldım. Komanda Sloveniyada çox yaxşı hazırlıq keçdi. "Makkabi" ilə oyundan bir həftə öncə isə Macarıstanda hazırlıq keçdik. Təlim-məşq toplanışında komandamıza hər cür şərait yaradılmışdı.
2. İstədiyimiz transferləri həyata keçirdik. Müdafiə xəttinə də bir futbolçu transfer etmək istərdik. Hazırda cəmi üç mərkəz müdafiəçimiz var. Komanda üç cəbhədə mübarizə aparacaq. Bu baxımdan bizə yeni müdafiəçi də lazımdı.
3. Faizlə dəyərləndirmək istəməzdim. Məncə, komanda olaraq, yetərincə yaxşı hazırlıq keçmişik.
4. Mümkün qədər yüksək pillədə yer almaq və avrokuboklara vəsiqə qazanmaq.

Kurban Berdıyev (Turan-Tovuz)
1. Bəli, təlim-məşq toplanışından razı qaldım. Planlaşdırılan proqram tamamlandı.
2. Klubumuz transfer siyasətindən məmnundu.
3. Düşünürəm ki, çempionat irəlilədikcə komanda daha yaxşı formada olacaq, hədəfinə çatacaq.
4. Hər növbəti oyuna mümkün qədər yaxşı hazırlaşmaq. Mövsümün sonunda komandanın hansı yerdə olacağını o zaman görəcəyik.

Adil Şükürov (Kəpəz)
1. İmkanlarımız daxilində yaxşı toplanış keçməyə çalışdıq.
2. Təbii ki, gücümüz daxilində, bəli, istədiyimiz transferləri reallaşdıra bildik.
3. İnşallah, “Kəpəz” qarşıdakı turlarda formaya düşəcək.
4. Çox təəssüf ki, premyer-liqada qalmaq uğrunda mübarizə aparacağıq.

Ayxan Abbasov (Şamaxı)
1. Təlim-məşq toplanışından razı qaldıq, təkcə yoldaşlıq oyunlarından narazıyam. Daha güclü rəqiblərlə qarşılaşmaq istərdik. Bilirsiz ki, müəyyən səbəblərdən planlaşdırdığımız komandalar Azərbaycana gəlmədi. Hansı ki, Küveytin 2-3 klubu Qəbələdə toplanış keçəcəkdi. Amma ümumilikdə futbolçularımın işə yanaşmasına, zədədən sovuşduğumuza görə orta götürmək olar.
2. Yeni komanda olduğumuzdan bir çox transferi reallaşdıra bilmədik. Müəyyən səbəblər oldu. Amma qısa müddətdə komanda qura bildik. Gələn futbolçulara da inanırıq.
3. Komanda oyundan-oyuna tam hazır olacaq. Çempionat çətin keçəcək. Çünki “oturuşmuş” heyəti olan, ötənilki futbolçularını qoruyub saxlayan komandalar var. Bizə vaxt lazımdı.
4. Əlbəttə, hədəfimiz premyer-liqada qalmaq, bacardıqca yüksək yerlər uğrunda mübarizə aparmaqdı.

Şahin Diniyev (Səbail)
1. Bəli, təlim-məşq toplanışından tam razı qaldım. İstədiyimdən də çoxunu oyunçularımdan ala bildim. Futbolçularıma təşəkkür edirəm.
2. Heç vaxt heç bir komanda, baş məşqçi istədiyi transferləri tam yüksək səviyyədə edə bilmir. Hardasa alınan və alınmayan var. Deməzdim ki, istəmədiklərimi aldım, amma istədiyim futbolçuların bir neçəsini ala bilmədim. Götürdüyüm legionerlərdən tam razıyam. Düşünürəm ki, indiki durumda pis transferlər etməmişik. Həm yerli, həm də əcnəbi transferlər bizi qane edir.
3. Faizə bölməyin tərəfdarı deyiləm. Onda heç bir klub 100 faiz hazır deyil. 50-100 faiz aralığında deyə bilərəm. Komandalar oyun praktikası yığdıqca hazır olacaq, zirvə nöqtəsinə indidən çata bilməzlər. Ola bilər ki, Avropada oynayan komandalar daha irəlidədi və daha tez formaya düşəcək. Ancaq düşünürəm ki, komanda çempionata 70-80 faiz hazırdı. Yeni futbolçulardan yığılmış komanda olduğumuzdan uyğunlaşmaq üçün onlara vaxt lazımdı.
4. Həmişə hədəf maksimum olmalıdı, hədəfsiz futbol olmur. Düşünürəm ki, hər komanda meydana çıxanda maksimum nəticə qazanmaq istəyəcək. Ancaq kimin nəyə çatacağını çempionatın sonu göstərəcək. Deyə bilmərəm ki, hansısa medallar uğrunda oynayırıq, amma komanda premyer-liqada qalmaq uğrunda mübarziə aparmayacaq.

Elmar Baxşıyev (Araz-Naxçıvan)
1. Plan üzrə necə idisə, o cür də icra etdik. Təlim-məşq toplanışımız ümumilikdə yaxşı keçdi. Razı qaldım.
2. İstədiyim komandanı formalaşdıra bilmişəm. Sadəcə, müdafiədə bir oyunçu ilə güclənmək istəyirik.
3. İlk oyunla götürməyək. Növbəti turlarda daha da yaxşı olacağıq. O potensial var komandamda.
4. Ümumi hədəf qarşıdakı oyunlardı, bunu düşünməliyik. Komanda xal qazandıqca davamı gələcək.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

5-08-2022, 18:0

"Lazımi transferləri edə bildik" - Elmar Baxşıyev

Ölkə futbolu

5-08-2022, 21:0

"Deməzdim ki, komandam çempionata 100 faiz hazırdı" - Vüqar Əsgərli

Ölkə futbolu

5-08-2022, 22:0

"Çempionata tam hazır deyilik" - Mahmud Qurbanov

Ölkə futbolu / Manşet

5-08-2022, 16:0

"Lazım olan transferləri həyata keçirmişik" - Regekampf

Ölkə futbolu / Manşet

5-08-2022, 15:0

"Çempionata müəyyən səviyyədə hazırıq" - Rəşad Sadıqov

Ölkə futbolu

5-08-2022, 23:0

"Qarşıdakı illərdə bizə daha asan olacaq" - Ayxan Abbasov

Aktual
Het-trikdən sonra Ülviyə şans verilmədi – Karpin, nə etmək istəyirsən?
Tovuz “Turan”ı qarşılamağa hazırdı!
“Karvan-Yevlax”ın Yevlaxa qayıdacağı tarix açıqlandı – iki bəd, bir şad xəbər!
PFL “Bizon”la anlaşma haqda yeni detalları açıqladı – sponsorun 2-ci təsnifat mərhələsiylə bağlı planı var?
Baxşıyevlə Dambrauskasın gözü yolda qalmayacaq - AFFA-dan De Blekere ilə bağlı açıqlama
Till niyə gəldi, niyə getdi? - Rəşad Sadıqov açıqladı
Son xəbərlər
  • Bu gün, 10:12
    “Abşeron Lions” “Neftçi” ilə üz-üzə - FIBA Avropa Kuboku
  • Bu gün, 09:51
    Het-trikdən sonra Ülviyə şans verilmədi – Karpin, nə etmək istəyirsən?
  • Dünən, 23:59
    Tovuz “Turan”ı qarşılamağa hazırdı!
  • Dünən, 23:28
    “Karvan-Yevlax”ın Yevlaxa qayıdacağı tarix açıqlandı – iki bəd, bir şad xəbər!
  • Dünən, 22:56
    PFL “Bizon”la anlaşma haqda yeni detalları açıqladı – sponsorun 2-ci təsnifat mərhələsiylə bağlı planı var?
  • Dünən, 22:25
    "Bu, əsl kubok oyunu idi" - Jorj Kaşkilya
  • Dünən, 21:55
    "Qarabağ" PFL-ə müraciət etdi - səbəb
  • Dünən, 21:24
    "Kuboku qazanmağa çalışacağıq" - Kurban Berdıyev
  • Dünən, 20:53
    "Qarabağ" - "Çelsi" matçının biletləri satışa çıxarılır
  • Dünən, 20:22
    Mahir üçün böyük şans – “gözünün düşməni” sıradan çıxdı!
  • Dünən, 19:58
    Məmməd Hüseynov “Kəpəz”i “dəfn etdi” - REPORTAJ
  • Dünən, 19:27
    “Turan Tovuz” yenidən zirvəni ələ keçirdi - REPORTAJ
  • Dünən, 18:56
    6 komanda 1/8 finala vəsiqə qazandı - YENİLƏNİB
  • Dünən, 18:28
    UEFA-dan Asim Xudiyevə növbəti təyinat
  • Dünən, 17:58
    Baxşıyevlə Dambrauskasın gözü yolda qalmayacaq - AFFA-dan De Blekere ilə bağlı açıqlama
  • Dünən, 17:27
    "Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik" - Azər Bağırov
  • Dünən, 16:56
    Şok: ''İnter''in qapıçısı 81 yaşlı kişinin ölümünə səbəb oldu!
  • Dünən, 16:25
    Region Liqasında 2-ci tur necə keçdi?
  • Dünən, 15:54
    İspaniya klubu türkiyəli ulduzu geri qaytarmaq istəyir
  • Dünən, 15:23
    Volkan Dəmirəl debütantın başına keçir
  • Dünən, 14:52
    “Qarabağ” – “Çelsi” oyunu üçün biletlər nə vaxt satışa çıxır? – klub müjdə verdi
  • Dünən, 14:31
    “Real”a bir qol kifayət etdi, “Bude/Qlimt” “cəhənnəmdən” çıxa bilmədi - İCMAL
  • Dünən, 14:10
    9 oyunun altısında darmadağın, birində səssizlik - İCMAL
  • Dünən, 13:58
    "Azərreyl" "Radniçki"nin cavabını verə biləcəkmi?
  • Dünən, 13:37
    Türkiyəli futbolçu ''Portu''ya qələbə qazandırdı
  • Dünən, 13:16
    20 yaşında həlak oldu
  • Dünən, 12:55
    “LDU Kito” finalın qapısını açdı
  • Dünən, 12:34
    “River Pleyt” məğlubiyyət seriyasına son qoydu - İCMAL
  • Dünən, 12:13
    “Palmeyras” ilə “Flamenqo”nun çempionluğa iddiası davam edir - İCMAL
  • Dünən, 11:55
    Almaniyada türkiyəli futbolçuya 3 oyunluq cəza verildi
  • Dünən, 11:24
    Futzal millimizin heyəti açıqlandı
  • Dünən, 10:52
    Aida Japarova "Azərreyl"də
  • Dünən, 10:31
    Millimizin İslandiya və Fransa ilə oyunlarının biletləri satışda
  • Dünən, 10:13
    Şəngün rekordla yadda qaldı, amma...
  • Dünən, 10:00
    Türkiyə derbisini “Fənərbaxça” qazandı
Daha çox
Oxunub: 2 302
"Qarabağ" Rusiyada şou göstərən azərbaycanlını transfer edir - ulduzu Qurban Qurbanovla parlayacaq!
Oxunub: 227
“Marca” Qurban Qurbanovu Valverdeylə müqayisədə zəif gördü! – Kadiylə Zubir isə...
Oxunub: 145
Payats “Qarabağ”ın haqqını yeyib? – Azərbaycanın sabiq FİFA referisi həqiqəti açıqladı
Oxunub: 127
Region Liqasının oyununa 4700 azarkeş gəldi! – yenə həmin "Xəzər Lənkəran", həmin rənglər...
Oxunub: 126
Mahir üçün böyük şans – “gözünün düşməni” sıradan çıxdı!
Oxunub: 118
"Ən zəif çıxış edənlər Kadi ilə Bikalyo idi" - Aslan Kərimov "Atletik"ə məğlubiyyətin sirrini açdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə