• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hər dəfə o oyunun icmalına baxanda xoş hisslər keçirmirəm” - Virts hədəfləri haqda danışdı

Aktual / Dünya futbolu

9-08-2024, 23:0

Camal Musiala və Florian Virts Almaniya futbolunun yeni parlaq nümayəndələri sayılır.

Elə son Avropa çempionatında da bundestimdə bu futbolçular ön plana çıxdı. “Bavariya”lı Musialadan fərqli Virts top-komandada oynamır. Hər halda, “Bayer-04” ötən mövsümü Xabi Alonsonun başçılığı altında hər nə qədər mükəmməl keçirsə də, top-komanda sayılmır. Ona görə də Virts barədə şayiələr həmişə gündəmdədi. Bu futbolçu ötən mövsüm 49 rəsmi oyunda 18 qol, 20 məhsuldar ötürməlik əla performans sərgilədi. “Bayer-04”ün bundesliqanı və ölkə kubokunu qazanmasında, eləcə də Avropa Liqasının finalına yüksəlməsində onun böyük əməyi oldu. 21 yaşlı Virts bugünlərdə “Kikker”ə verdiyi müsahibədə geridə qalan AÇ-2024, hədəfləri və başqa məqamlar haqda danışıb.

- Almaniyanın AÇ-2024-də mübarizəni belə üzücü şəkildə bitirməsi hələ uzun müddət yaddaşlardan silinməyəcək...
- Bəli, bizim üçün sonluq çox üzücü oldu. Çünki İspaniya ilə oyunda artıq hər birimiz qalibin penalti seriyasında bəlli olacağını düşünürdük. Hətta ispanların qolundan öncə bəzi yaxşı fürsətlərimiz oldu. Bu cür şoku üzərimizdən atmaq üçün bizə bir neçə həftə lazım olacaq. Amma açıq danışsaq, İspaniya çempionluğa layiq idi. Biz isə özümüzlə və gördüyümüz işlə fəxr edə bilərik. Bütövlükdə turnir ərzində sərgilədyimiz oyun bizi həvəsdən düşməyə qoymur və gələcəyə pozitiv baxmağa vadar edir. Mən artıq psixoloji cəhətdən özümə gəlmişəm və yeni hədəflər uğrunda mübarizəyə hazıram.

- Sən şəxsən həmin məğlubiyyətdən hansı dərslər çıxardın?
- Bir neçə dəfə həmin oyunun geniş icmalını, əsas epizodlarını izləmişəm. Çünki harda səhvə yol verdiyimizi, nələri daha yaxşı edə biləcəyimizi görmək istədim. Həm də əlimizə düşən fürsətləri də bir daha görmüş oldum. Amma digər tərəfdən hər dəfə o oyunun icmalına baxanda heç də xoş hisslər keçirmirəm. Ona görə də artıq beynimi yormamağa söz vermişəm. Müəyyən dönəm keçəndən sonra diqqətimi başqa şeylərə yönəltməyə başladım. Sosial şəbəkələr? Orda elə də çox olmuram. Amma əlbəttə, öz qolumu izləmək mənə xoşdu.

- Sənin və Musialanın ətrafında çox böyük ajiotaj hökm sürürdü.
- Bəli, oyundan-oyuna hiss olunurdu ki, fanatların coşqusu artır. Azarkeşlərin səsi hər növbəti oyunda daha gur çıxırdı. Bundestim əvvəlki illərdə olduğu kimi, yenə insanlara sevinc bəxş etməyə başladı. Bunu görmək xoş oldu. Çünki bu, əsas hədəflərimizdən biri idi.

- Yeni mövsümdə karyeranda ilk dəfə Çempionlar Liqasında oynayacaqsan.
- Düzünü desəm, hələ ki bu haqda düşünmürəm. İndi məni maraqlandıran yeganə şey məşqlərdə üzərimdə durmadan çalışmaq və əvvəlki formamı mümkün qədər tez bərpa etməkdi. Amma ÇL, əlbəttə, təkrarolunmaz turnirdi və debütümü səbirsizliklə gözləyirəm. Nəhayət, meydanda bu turnirin himnini eşitmək mənə də qismət olacaq.

- Amma səninlə eyni yaşda olan Musialanın ÇL-də artıq kifayət qədər təcrübəsi var. O, bu turnirdə 4-5 mövsüm keçirib. Bu fakt səni narahat etmir?
- Mənim hədəfim sayılıb-seçilən futbolçulardan biri olmaqdı. Ona görə də bu turnirdə başqa futbolçularla rəqabət aparmaq maraqlı olacaq. Həmyaşıdlarım arasında yetərincə yaxşı oyunçular var. Amma onlara baxmamağa çalışıram. Mənim öz yolum var. Özümü sübut etmək və dünyanın ən güclü klub turnirində nəyə qadir olduğumu göstərmək istəyirəm. Böyük futbolçu olmaq istəyirsənsə, mütləq ÇL-də oynamalısan.

- Sənin gələcəyin və top-klublardan birinə transfer olunacağın barədə də çoxlu şayiə gəzir. Bu haqda nə deyə bilərsən?
- Transfer mövzusunda heç bir konkret planım, hədəfim yoxdu. Ona görə də sizə bu haqda heç nə deyə bilməyəcəm. Mövsümlərarası fasilə yavaş-yavaş başa çatır. Şadam ki, yenidən ən yüksək səviyyədə oynayaraq futboldan zövq ala biləcəm. Məni ilk növbədə komanda ilə qarşıya qoyulan hədəflər maraqlandırır. Həmin hədəflərə çatmaq üçün əlimdən gələni edəcəm. Bəlkə də yaxın gələcəkdə transfer mövzusunda bəzi şeylər konkretləşəcək. Amma indi dediyim kimi heç bir planım yoxdu.

- Necə düşünürsən, hansı oyun komponentlərində inkişafa ehtiyacın var?
- Hər oyun komponentində daha yaxşı ola bilərəm. Məsələn, istərdim ki, topla daha cəld olum. Və ya hava toplarında indikindən daha yaxşı oynayım. Bir çox başqa məqamlar da var. Bunları etdikcə komandama daha çox fayda verəcəm. Mən komandanın aparıcı üzvlərindən biriyəm. “Bayer-04”ün nəticələri baxımından mən də üzərimdə məsuliyyət hiss edirəm. Hədəfim “Bayer-04”ü daha da güclü etməkdi. Bunun üçün fiziki cəhətdən üzərimdə çox çalışmalı və ən əsası özümü zədələrdən qorumalıyam.

- Yeni mövsümdə bundesliqada çempionluq uğrunda hansı komandalar mübarizə aparacaq?
- “Bavariya” bu yay bir sıra transferlər edərək heyətini yetərincə gücləndirib. Amma məncə, “Bavariya” ilə bundesliqanın digər top-komandaları arasında səviyyə fərqi əvvəlki illərdəki qədər böyük deyil. Ona görə də biz heç kimdən çəkinmirik. Hərçənd çox özümüzdən razı da görünmək istəmirik. “Bavariya” elə “Bavariya”dı və həmişə bundesliqanın favoritidi. Biz onları yenməyə çalışacağıq. Onları hər zaman diqqətdə saxlamaq lazımdı. Ötən mövsüm “Leyptsiq”lə “Ştutqart” da baxımlı futbol sərgilədi. Dediyim kimi yuxarı pillələrdə səviyyə fərqi azalıb. Bu, bundesliqanın xeyrinə olan amildi.

- Conatan Ta ilə bağlı çətin durub yaranıb. O, “Bavariya”ya keçməyə can atır.
- Təbii ki, Ta yüksək səviyyəli müdafiəçidi və “Bayer-04”də qalsaydı, bizə böyük xeyri dəyə bilərdi. Çünki lider keyfiyətlərinə malikdi və arxa xətti çox yaxşı idarə edir. Ona görə də onun qalmasına yalnız şad olardım.

- Sənin kartof yeməkləri arasında sıralama müəyyənləşdirərkən sadə kartofu birinci yerə qoyduğun video Almaniyada qısa müddət hər kəsin dilinə düşdü və bununla bağlı çoxlu paylaşım edildi.
- Açığı, bu məsələ artıq əyləncəli olmaqdan çıxıb. Mən və ətrafımdakı insanlar bu adi videonun nə üçün bu qədər söz-söhbətə səbəb olduğunu anlamadıq. Bəlkə də bunu dilə gətirmək tərzim insanlara əyləncəli gəldi. Amma burda pis heç nə yoxdu. Hələ də fikrimdə qalıram və kartofu çox sevirəm. Amma eyni şeyi durmadan sağdan-soldan mənə bağıranda artıq özümü görməməzliyə və eşitməməzliyə vururan. Belə şeylər müəyyən andan sonra artıq gülməli olmur.

ƏLİ RAUFOĞLU hazırladı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-03-2024, 12:0

Mövsüm ərzində 3-cü dəfə!

Dünya futbolu

22-01-2024, 12:0

Dekabrda hamını arxada qoydu

Dünya futbolu

13-03-2024, 14:0

“Qarabağ”ın kabusu ən yaxşılar siyahısında

Dünya futbolu

10-06-2024, 11:0

Leverkuzendən Madridə yollanacaq

Dünya futbolu

28-04-2024, 23:0

Gənc istedad qərarını verdi

Dünya futbolu

7-05-2024, 18:0

Rəmzi komandada altı çempion

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 202
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə