• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurban Qurbanov "Ludoqorets"i məğlub etməyin yolunu tapıb? - ÖZÜ AÇIQLADI

Premyer-liqa / Manşet

9-08-2024, 23:0

"Qarabağ" Misli premyer-liqasının 2-ci turunda öz meydanında "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.

“Football-plus.az” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla yaxşı qələbə oldu. Yaxşı, dinamik, sürətli oynadıq. Çox razı qaldım. Rəqib haqda məlumatımız az idi, yeni komanda qurublar. Bəzi oyunlarına baxmışdıq. Yaxşı müdafiə olunmağı sona kimi bacaran kollektiv gördük. Hücumlarda da maksimum iştirak etmək istəyirdilər. "Kəpəz"ə uğurlar arzulayıram. İnanıram ki, get-gedə Adil Şükürov komandanı formalaşdıracaq. Hiss edilirdi ki, tam hazır deyillər. Amma oyundan-oyuna keçənilki "Kəpəz"i görəcəyik.

- Qapıçı Sadiq Məmmədzadə "Qarabağ"da debüt etdi. Onun çıxışı haqda fikriniz necədi? Gələcəkdə yenə şans veriləcək ona?

- Sadiqin bir o qədər işi də olmadı. Niyə də oynamasın? Daha yaxşı səviyyəyə gəlsə, potensialı çoxalar. Qapıçı məşqçiləri ona güvəndiklərini desələr, mən də görsəm, ona maksimum şans verməyə çalışacağıq. Böyümək üçün, kollektivə daha tez uyğunlaşması çox vacibdi. Bacarıqlı, istəkli biridi.

- Sizcə, "Qarabağ"ın premyer-liqada ən böyük rəqibi hansı komandadı?

- Özümüzü tam ayırmaq istəməzdim. Heyətinə baxanda, keçənilki "Sabah" bizi məğlub etmişdi. O potensial onlarda var. Ümumiyyətlə, özümüzü onlardan ayırmaq istəmirik, "Sabah"dan, "Neftçi"dən. Başlanğıcdı. Əksinə, biz qarşıdakı oyunlara maksimum hazır olmalıyıq. Çünki avrokubok oyunları istənilən komandaya böyük inam verir. "Zirə" və "Sabah" yollarına davam edirlər. Futbolçular daha sərbəst olurlar. Hələ ki, fikir bildirmək çox tezdi. Əksinə, bu il bəlkə o rəqiblərin sayı daha da çoxaldı. Biz heç bir rəqibə zəif gözü ilə baxmırıq. Sırf konkurent kimi baxırıq.

- Musa Qurbanlının durumu nə yerdədi?

- Normaldı. Fərdi məşqlərə başlayıb. Toplu çalışmalara da həmçinin. Mülaicəsi normal gedir.

- "Ludoqorets"in baş məşqçisi Georgi Dermençiyev bildirib ki, "Qarabağ" səfərdə qalib gəlmək üçün ağıllı oynamalıdı...
- Çalışırıq ki, həmişə ağıllı oynayaq. Daha çox güc sərf etmək lazım olacaq. Başqa çıxış yolumuz yoxdu. Qalib gəlmək lazımdı. Bununla yanaşı, Bakıdakı bəzi səhvləri etməli deyilik. İnanıram ki, futbolçularım buradakı oyundan daha yaxşı, daha möhkəm oynayacaqlar. Buna ehtiyac var. Qarşımızdakı rəqibə hörmətlə yanaşmaq lazımdı. Əvvəlcədən də demişdim ki, oyunçularının ustalığı yüksəkdi. Bakıda bunu tam gördük. Üstünlük bizim tərəfdə idi. Amma çox tez bir zamanda qol epizodları yaratdılar. Buna hazır olmalıyıq. Təcrübəmiz var. Qələbə üçün çalışacağıq.

- Juninyo bu mövsüm artıq altıncı qolunu vurdu. Avropa mediyası da Juninyo ilə bağlı paylaşımlar edir. Bu məqam sizi qorxutmurki? "Transfer pəncərəsi" bitməyib, böyük elçisi çıxa bilər...
- Hazırda inanmıram. Juninyo özü də təcrübəli, dərin düşünən biridi. Bilir ki, bu anda heç kimlə danışığa getmək lazım deyil. İnanmıram Juninyoda belə fikir olsun. Hamının fikri qarşıdakı oyunlaradı. Olsa da, narahat olmalı məqam yoxdu. Təklif edəcəklərsə, nə deyə bilərik? Futbolçu da bilir ki, müqaviləsi yenilənib. Onun potensialı daha böyükdü, daha yaxşı ola bilər. Hər futbolçu dərhal komandaya uyğunlaşa bilmir. Get-gedə komandaya uyğunlaşa bilir. Daha yaxşı Juninyo görə bilərik. Onunla söhbətlərimiz olub.

- "Ludoqorets"lə oyunu analiz etmisiz? Sizcə hansı məqamda uduzduq?
- Səbəbləri düzgün çıxmaz. Rəqib 10 futbolçu ilə müdafiə olunurdu. Orada sürətli qərar vermək elə də asan deyil. Fərdi epizodlarda rəqib daha üstün oldu. Fikrimizi səfərdəki oyuna yönəltməliyik. Ola bilər ki, biz orada daha dəqiq olaq. Niyə qol vura bilmədik, niyə rəqib vurdu? Cavab versəm, uşaq kimi cavab vermiş olaram. Biz daim dominantlıq edirik, boşluqlar geridə olur. Rəqib də ondan istifadə edə bilir. Çempionatımızda da belə olur. Rəqibin də necə oynayacağını bilmirik. Bəlkə tam əksini edəcək. Biz rəqibin üzərinə gedəcəyik. Niyə uduzduq, qeyri-ciddi görünür. Uduzduq. Onları təbrik etdim. Futboldu, idmandı. Hər oyun, hər hücum düşündüyümüz kimi olmur. Qarşımızda robot yox, insandı. Onların da düşüncəsi var. Səfərdə mübarizəmiz daha da bərk olacaq.

- Cavab matçında Tekpetey və Kayo oynamaycaq. Bu, sizin üçün üstünlükdü?
- Ola bilər hardasa olsun. Rəqibin heyətində 30-dən çox legioner var, bacarıqlı və keyfiyyətlidilər. Ola bilər ki, onların olmaması komandanı bir az yığsın, daha da ciddi olsunlar. Ona görə üstün tərəfləri olsa da, digər tərəfləri də var. Buradakı oyunda o oyunçulara görə hazırlaşmışdıq. Səfərdəki matçda iki rəqib futbolçu yoxdu. Yenidən fikirləşməliyik ki, meydanda bizi nə gözləyir? Sürprizlər də gözləyə bilər. Müsbət və mənfi tərəfləri var. Öz oyunumuzdan əl çəkməyəcəyik. Hücumlarımızın sayını çoxaltmalıyıq. Müdafiədə daha möhkəm və keyfiyyətli oynamalıyıq. Bizi hansı sürprizlər gözləyir, bilmirik.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-05-2024, 19:0

Adil Şükürov: “Bəzi hakimlər kimi hər epizodda fit çalmır”

Premyer-liqa / Manşet

17-02-2024, 19:0

"Mən bu haqda nəsə deyə bilmərəm" - Ruslan Qafitullin

Premyer-liqa / Manşet

3-08-2024, 23:0

"İnanıram ki, komanda daha baxımlı futbol oynayacaq" - Adil Şükürov

Premyer-liqa / Manşet

14-12-2023, 23:0

"Kəpəz" daha yaxşı yerlərdə olmağa hazırlaşır"

Ölkə futbolu / Premyer-liqa

20-04-2024, 19:0

Qurban Qurbanov: “İki aydı söz-söhbətlər çoxdu”

Premyer-liqa

12-05-2022, 21:0

"Başqa klubu çalışdırmaq haqda düşünmürəm" - Qurban Qurbanov

Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
Daha çox
Oxunub: 210
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 192
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə