“Zirə” bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Osiyek”in qonağı olacaq.
“Football-plus.az” xəbər verir ki, oyundan əvvəl Xorvatiya təmsilçisinin baş məşqçisi Federiko Koppitellinin mətbuat konfransı keçirilib. Tədbirdə “Osiyek”in futbolçusu Luka Jeleniç də iştirak edib. Onun oyun haqda fikirləri:
“Tam hazırıq. “Zirə”yə qarşı bütün gücümüzlə mübarizə aparacağıq. Matç mənə yeni təcrübə qazandıracaq. Düzü, hələ “Zirə”ni izləmək şansım olmayıb. Amma keyfiyyətli komanda olduğuna əminəm. Hər halda, avrokuboklarda asan rəqib yoxdu. Mərhələni adlamaq istəyiriksə, çox yaxşı olmalıyıq. Komanda yoldaşlarıma güvənirəm”.
KƏNAN BAHADIR