Milli futbolçu “sağsağanlar”a qoşulacaq

7.08.2024 11:10 305
Dünya futbolu
“Nyukasl” heyətini yeni oyunçu ilə gücləndirəcək.

“Kristal Pelas”ın müdafiəçisi Mark Qehi tezliklə “sağsağanlar”a qoşulacaq. 24 yaşlı futbolçunun keçidi ilə bağlı iki klub arasında aparılan danışıqlar müsbət nəticələnib. Mark yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.

İngilis futbolçu son mövsüm meydana çıxdığı 29 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Qehi AÇ-2024-də İngiltərə yığması ilə finala qədər irəliləyib.