• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Şamaxı” premyer-liqaya xalla qayıtdı - REPORTAJ

Premyer-liqa / Reportaj

6-08-2024, 17:0

Sabah (Bakı) – Şamaxı 2:2 (2:1)
1. Yusif İmanov – 5,5
10. Namik Ələskərov – 6,0
(20. Coy-Lens Mikels, 58) – 5,5
17. Tellur Mütəllimov – 5,5
(7. Boyan Letiç, 74) – 5,0
5. Rəhman Daşdəmirov – 5,5
77. Şakir Seyidov – 5,0
(4. Elvin Camalov, 58) – 5,0
22. Abdulla Rzayev – 6,0
(2. Amin Seydiyev, 81) – 4,5
88. Xəyal Əliyev – 6,5
44. Sofian Çakla – 5,5
70. Cesse Sekidika (k) – 5,5
13. İvan Lepiniça – 5,5
99. Neqoş Kupusoviç – 4,5
(18. Pavol Safranko, 46) – 5,5
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
94. Rəvan Mirzəmmədov
21. İldar Alekperov
33. Camal Cəfərov
Baş məşqçi: Krunoslav Renduliç
Komandanın ən yaxşısı: Xəyal Əliyev

1. Rikardo Fernandes – 5,5
4. Adil Nağıyev (k) – 5,5
8. İlkin Muradov – 5,5
17. Rafael Məhərrəmli – 5,0
(22. Qurban Səfərov, 64) – 5,0
6. Rauf Rüstəmli – 5,5
(24. Edqar Adilxanov, 90+1) – qiymətsiz
82. Rüfət Abbasov – 6,5
32. Vasiliye Radenoviç – 5,5
11. Conatan Benteke – 5,5
(10. Emin Zamanov, 64) – 5,0
7. Giorgi Kantariya – 5,5
(5. Arsen Ağcabəyov, 82) – 4,5
9. Belajdi Pusi – 6,0
(97. Elşad Tağıyev, 90+1) – qiymətsiz
66. Vasiliye Bakiç – 4,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
60. Səbayıl Bağırov
80. Zahid Mərdanov
19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Rüfət Abbasov

Qollar: N.Ələskərov, 16 (1:0, X.Əliyev). X.Əliyev, 37 (2:0, A.Rzayev). R.Abbasov, 44 (2:1). B.Pusi, 52 (2:2, R.Abbasov).
Vərəqələr: N.Ələskərov, 2 (qeyri-idman hərəkəti). İ.Muradov, 35 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev (hamısı Bakı).
VAR hakimi: Tural Qurbanov (Bakı).
VAR hakiminin köməkçisi: Elşad Abdullayev (Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
4 avqust. Bakı. “Bank Respublika Arena”. 503 tamaşaçı (9000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.


“Sabah” premyer-liqada yeni mövsümün ilk oyununu evdə keçirdi. Ona görə ki, Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək oyuna daha yaxşı hazırlaşmaq istəyən komanda “Şamaxı”nın razılığıyla səfər matçını “doğma divarlar” arasına “daşımışdı”. “Bayquşlar”ın “Makkabi”ylə oyunda çox yorulduğu bəlliydi. Bu üzdən Renduliç heyətdə müəyyən dəyişikliklər etmişdi. 1-ci liqadan qayıdan “şirlər” isə mövsümə yaxşı nəticəylə başlamaq və iddiasını əvvəldən ortaya qoymaq niyyətindəydi. Hər halda, ilk hissədə qeydə alınan nəticə belə olmadığını nişan versə də, qonaqlar sonradan durumu düzəldə bildi.

Masazır təmsilçisi matça ciddi təzyiqlə başladı. İlk dəqiqələrdən qol axtarışına çıxan kollektiv Xəyal sayəsində hesabı aça bilərdi. Lakin futbolçunun rəqib müdafiəçilər tərəfindən mühasirəyə alınması onun “təslim olmasıyla” nəticələndi. Çox keçmədən, daha doğrusu, 17-ci dəqiqədə növbəti dəfə irəli atılan Xəyal yenidən eyni aqibətlə qarşılaşsa da, bu dəfə bəxt üzünə güldü. Gənc futbolçu topu bir qədər arxaya ötürdü və Namik hesabı açdı. Növbəti təhlükəli vəziyyəti də “Sabah” yaratdı. Kupusoviç “çərçivə”ni nişan almağa cəhd etsə də, istəyinə çatmadı. Burda Radenoviçə toxunan top istiqamətini dəyişdi. Hadisələrin axarı “bayquşlar”ın yorğunluğunun daha çox nəzərə çarpmasıyla müşayiət olunurdu. Komanda ara-sıra geri çəkilir və “Şamaxı”nının irəliləməsinə maneə törətmirdi. Bu ərəfədə ələ düşən fürsətlərdən birini dəyərləndirən isə “bayquşlar” oldu. Şakirin uzaqdan qapı önünə göndərdiyi topu Abdulla Xəyala çatdırdı ki, sonuncu fərqi artırdı. Bundan sonra “Sabah”ın növbəti qolları vuracağını və mövsümə böyükhesablı qələbəylə başlayacağını gözləmək olardı. Lakin işlər yolunda getmədi. Daha doğrusu, “Şamaxı”nın fasilə ərəfəsində buraxılan qollardan birinin əvəzini çıxması vəziyyəti dəyişdi. Kantariyanın küncdən zərbə ilə oyuna daxil etdiyi topu Yusif irəli çıxaraq önə yolladı. Burda Rüfətin müdaxiləsiylə qaytarılan “kürə” gözlənilmədən toru silkələdi. Beləliklə, fasiləyə inamlı yollanan “şirlər” ikinci hissədə daha bir qolla hesabı bərabərləşdirdi. Qeyd edək ki, qonaqlar irəliləyən dəqiqələrdə bir çox çatışmazlığı aradan qaldırıb daha yaxşı çıxışla yadda qala bildi. Baxmayaraq ki, ilk yarı Ayxan Abbasovun komandası üçün uğursuz keçmişdi. Bəli, 52-ci dəqiqə “Şamaxı”nın növbəti dəfə fərqlənməsiylə əlamətdar oldu. Burda Pusi Rüfətin qapı önünə ötürməsindən yararlanıb başla qol vurdu.

Oyunun qalan vaxtı komandaların üçüncü qol, yəni 3 xal uğrunda mübarizəsiylə yadda qaldı. Lakin gah qeyri-dəqiq ötürmələr, gah da qapıçıların səyləri hesabın dəyişməsinə əngəl oldu. Şafrankonun 58-ci dəqiqədə vurduğu qol isə oyundankənar vəziyyət üzündən sayılmadı. İşlərin çətinləşdiyini görən Renduliçin Letiçlə Mikelsi meydana buraxması da bəhrə vermədi. “Sabah” mövsümdəki ilk oyununda qələbəyə həsrət qaldı. “Şamaxı”nın isə çətin səfər oyununda sərfəli nəticə əldə etdiyini deyə bilərik.

Gözdən qaçmadı
* “Sabah” “Soldati di Sabah” fanklubu tərəfindən dəstəklənsə də, “Şamaxı” azarkeşsiz qalmışdı
* Yığmanın baş məqşçisi Fernando Santuş da oyunu izləyənlər arasında idi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

4-08-2024, 16:0

“Sabah” - “Şamaxı”: START HEYƏTLƏRİ

Ölkə futbolu

20-07-2024, 15:0

“Sabah”ın Sloveniya toplanışı: iki qələbə, iki heç-heçə - REPORTAJ

Premyer-liqa

17-02-2024, 14:0

"Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ

Ölkə futbolu / Reportaj

13-07-2024, 20:0

“Sabah” “Çukariçki” ilə bacarmadı - REPORTAJ

Premyer-liqa

25-05-2024, 18:0

“Neftçi” - “Sabah”: START HEYƏTLƏR

Ölkə futbolu / Premyer-liqa

27-04-2024, 17:0

“Sabah” - “Səbail": START HEYƏTLƏRİ

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Dünən, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Dünən, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Dünən, 16:40
    Samokun yeni klubu bilindi
  • Dünən, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Dünən, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Dünən, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Dünən, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Dünən, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Dünən, 13:00
    500-cü oyun, 550-ci qol
  • Dünən, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Dünən, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Dünən, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Dünən, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Dünən, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Dünən, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • 8-07-2026, 23:0
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • 8-07-2026, 23:0
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • 8-07-2026, 22:0
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • 8-07-2026, 22:0
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • 8-07-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 8-07-2026, 20:0
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • 8-07-2026, 20:0
    Camal Cəfərov Qırğızıstan klubunda
  • 8-07-2026, 19:0
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • 8-07-2026, 19:0
    "İmişli"də yeni təyinat
  • 8-07-2026, 19:0
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə