• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barsa” daha bir “transfer pəncərəsi”ni boşa verəcək? - klubda hələ də maliyyə başıpozuqluğu hökm sürür

Dünya futbolu

6-08-2024, 12:0

Son günlərdə “Barselona” ətrafında yenə maraqlı xəbərlər dolaşır. Yeni baş məşqçi Hans-Diter Flik rəsmi şəkildə təqdim olunub, klub rəhbərliyi Lamin Yamalı PSJ-nin təklif etdiyi 250 milyon avro müqabilində satmaqdan imtina edib, həminin “göy-narıncılar”ın sonuncu Avropa çempionatında xarüqələr yaradan Dani Olmo ilə Niko Uilyamsı almağa cəhd etməsi ilə bağlı şayiələr dolaşır.

Hələ ki indiki “transfer pəncərəsi” kataloniyalılar üçün uğurlu deyil. Klub prezidenti Xuan Laporta daimi axtarışdadı, ağır maliyyə durumunda vəsait tapmağa çalışır, ancaq heç nə alınmır. Klubun azarkeşləri də dərin məyusluq içindədi. Onlar anlayırlar ki, Kilian Mbappeni də “rənglərinə bağlayan” “Real”la ayaqlaşmaq çətin olacaq. Bəs “Barsa” maliyyə baxımından niyə belə əziyyət çəkir?

Hər şe6 2015-ci ildə Çempionlar Liqasını qazanandan sonra başladı. Məhz onda klubun əməkhaqqı cədvəli kəskin şəkildə “şişdi”. Ardından pandemiya və vəziyyəti başlı-başına buraxan əvvəlki rəhbərliyin bacarıqsızlığı üzündən əlavə çətinliklər yarandı. “Kamp Nou”nun yenidən qurulması xərcləri artıran daha bir əməl oldu, halbuki mövcud problemlə fonunda bunu təxirə salmaq olardı.

Nəticədə “Barsa” kredit girdabına düşdü. 2021-ci ilin yazında klub rəhbərliyinə dönən Laportaya böyük borc məbləği miras qalmışdı. Xuan əvvəlcə “Goldman Sachs”dan 600 milyon avro kredit götürdü ki, vəziyyəti müəyyən qədər düzəltsin. Daha sonra teleyayın hüququ üzrə səhmlərin 25, “Barca Studios”un səhmlərinin 49 faizini satmaq lazım gəldi. Ancaq əldə olunan vəsait borcların azaldılmasına yox, müqavilələrin yenilənməsinə və yeni, baha oyunçuların transferinə sərf olundu.

“Barselona” təcili “1-in 1-ə” qaydasına dönməlidi, yəni yalnız qazandığı hər avronu xərcləməlidi. İndi klub “1-in 4-ə” qaydası ilə yaşayır, yəni hər avrodan yalnız 25 sent xərcləyə bilər. Belə keçidi təmin etmək üçün kluba böyük həcmdə vəsait cəlb olunmalıdı.

Bundan sonra necə olacaq?
“Barselona” hazırda geyim təchizatçısı kimi “Nike” şirkəti ilə əməkdaşlıq edir, ancaq münasibətlər gərgindi. Laporta müqaviləni pozmaq və öz istehsalına başlamaq təhdidi ilə sponsorluq məbləğini artırmağa çalışdı. Danışıqlar hələ da davam edir. Apreldən bəri xəbərlər gəzir ki, klubla Amerika şirkəti arasında 100 milyon avroluq, 10 illik yeni müqavilə imzalanacaq, ancaq hələ də müvafiq elan yoxdu. Şayiələrə inansaq, Laporta 100 milyon avronu dərhal almaq istəyir ki, maliyyə yırtığını yamasın, ancaq “Nike” belə formatın məqsədəuyğunluğuna hələ şübhə edir.

“Barca Studios” məsələsi də aktual problem kimi qalır. Onun səhmlərinin 30 faizi kluba məxsus olan “Руреса Orpheus” prodüser şirkətini alan “Libero”ya məxsusdu. Ancaq “Libero” ilkin ödəniş kimi nəzərdə tutulan 40 milyon avronu ödəməyib.
Belə vəziyyətdə komandanın liderlərindən Robert Levandovskinin, Lük de Yonqun gedişi və ya satılması (“Barsa” vergiləri də nəzərə alsaq, onlara ildə uyğun olaraq, 66 və 75 milyon avro əməkhaqqı ödəyir) çıxış yolu ola bilərdi. Ancaq klub onlarla bağlı heç bir təklif almayıb. Rafinya Səudiyyə Ərəbistanına yollanmaqdan boyun qaçırır, Arauxonun “Bavariya”ya mümkün transferi uruqvaylının zədəsi üzündən baş tutmadı, Yamalı heç bir şərt daxilində satmaq istəmirlər. Bir sözlə, satışla bağlı məsələlər dalana dirənib.

Bütün bunlar klubun növbəti mövsümlə bağlı maliyyə proqnozlarını arzuolunmaz hala gətirib. “Göy-qırmızılar” futbolçularına müştəri tapmasa, büdcədə ciddi kəsir yaranacaq. Bununla belə, Laporta nikbin əhval-ruhiyyədədi. Onun dediyinə görə, “Barsa” nəhəng transferlər həyata keçirə bilər:

“Maliyyə durumumuz ciddi şəkildə yaxşılaşıb. Normalara yaxınlaşmaqdayıq. “Barselona” elə bu gün adlı-sanlı futbolçular transfer edə bilər. Yaxın vaxtlarda maliyyə durumumuz haqda ətraflı danışacağıq”.

İspanlara bel bağlamaq
Kataloniyalılar bu yay hələ ki yalnız bir transfer gerçəkləşdirib – “Jirona”dan Pau Viktoru 2,7 milyon avroya alıblar. Bu hücumçu ötən mövsümü “Barselona B”də keçirib, odu ki, onun komandanı ciddi şəkildə gücləndirəcəyini demək çətindi. Amma indi “Barsa”nın əsas transfer hədəfi Niko Uilyamsdı. Ardıcıl bir neçə gün ərzində Flikin komandasının vingeri “rənglərinə bağlayacağı” ilə bağlı söz-söhbət gəzdi, ancaq son məqamda PSJ də dövrəyə girdi. “Mundo Deportivo”nun yazdığına görə, parislilər ispan futbolçunu ələ keçirmək üçün Kataloniya klubundan iki dəfə artıq məbləğ təklif etməyə hazırdı. Transfer təhlükə altındadı, azarkeşlərin sosial şəbəkələr vasitəsi ilə etdiyi ianələr də işə yaramaya bilər.

“Barselona” Dani Olmo ilə də fəal şəkildə maraqlanır. “Leyptsiq” artıq kataloniyalıların 40 milyon avro nəqd + bonuslar şəklində 20 milyon təklifini geri çevirib. Bundan başqa, “blauqrana”nın Avropa çempionunu heyətində görmək istəyən “Bavariya” və “Mançester Siti” kimi ciddi rəqibləri də var. “Transfer pəncərəsi”nin sonuna (İspaniyada avqustun 30-da bağlanır) hələ çox qalsa da, gündən-günə “Barsa”nın perspektivləri daha qaranlıq görünür.

Mbappenin “Real”a keçidindən sonra çoxları La Liqada çempionluq intriqasının öldüyünü düşünür. İndiki “Barselona” heyətində onun, Bellingemin, Vinisiusun, Rodriqonun və başqa ulduzların olduğu əzəli rəqibi necə dayandıra bilər? Kataloniya klubu güclənməsə, yeni mövsümdə hansısa çempionluq mübarizəsi gözləməyə dəyməz.

"Football-plus.az"

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

3-06-2024, 18:0

Flik “Barselona”ya nə vəd edir? - “Bu qeyri-adi klubla birlikdə çox şeyə nail ola bilərik”

Dünya futbolu

30-07-2024, 20:0

“Leyptsiq” “Barsa”nın ilk təklifini geri çevirdi

Dünya futbolu

2-04-2024, 18:0

“Barselona” “Nike” şirkətinə savaş açıb

Dünya futbolu

10-06-2024, 22:0

“Barselona” Mbappenin keçidinə necə cavab verəcək? - Kataloniya klubu hələ də maliyyə çətinliyi yaşayır

Dünya futbolu

5-08-2022, 14:0

De Yonqun adı ətrafında transfer dastanı - TƏHLİL

Aktual
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Son xəbərlər
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Dünən, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Dünən, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Dünən, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Dünən, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Dünən, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • 24-06-2026, 23:0
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • 24-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
  • 24-06-2026, 22:0
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
Daha çox
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 259
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 244
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 240
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 213
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə