• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barselona” “Nike” şirkətinə savaş açıb

Dünya futbolu

2-04-2024, 18:0

“Barselona”da yenə sakitlik pozulub.

“Football-plus.az” xəbər verir ki, klub prezidenti Xuan Laporta “Real”ın klub televiziyasına hücum çəkərək madridliləri onun vasitəsi ilə hakimlərə təzyiq göstərməkdə suçlayıb, həmçinin kataloniyalılarla hazırda müqaviləsi olan geyim təchizatçısı “Nike” şirkətini tənqid edib. Çox güman, ən yaxın günlərdə tərəflər əməkdaşlığı bitirəcək.

Klubun “Nike” ilə bağlı iradları var
“Barselona” ilə Amerika şirkəti arasındakı ilk müqavilə uzaq 1998-ci ilə imzalanıb və indiyə qədər bir neçə dəfə yenilənib. Hazırkı müqavilənin müddəti 2028-ci ilə qədərdi. Ancaq kataloniyalılar artıq yeni forma istehsalçısı axtarır. Bu mövzuda ilk xəbərlər ötən ilin dekabrında ictimailəşib: onda “Diario Sport” iddia edirdi ki, klub rəhbərliyi Amerika şirkətinin ödənişlərindən narazıdı. Müqavilə üzrə “Barselona”ya hər il 105 milyon və əlavə bonus kimi 50 milyon avro ödənilməlidi. Rəqəmlər doğrudusa, onda klub forma istehsalçısı ilə sponsorluq müqaviləsi baxımından dünyadakı ən dəyərli sövdələşmələrdən birinin içindədi. “Football Benchmark”ın məlumatına görə, yalnız “Mançester Yunayted” (ildə 106 milyon avro) və “Real” (120 milyon) daha baha müqaviləyə malikdi.

Klubların geyim şirkətləri ilə imzaladığı nəhəng sponsorluq müqavilələri
klub şirkət illik məbləğ (milyon avro ilə) müqavilə müddəti
Real Adidas 120 2020-28
Mançester Y. Adidas 106 2025-35
Barselona Nike 105 2018-28
Arsenal Adidas 87,9 2024-30
PSJ Nike 80 2019-32
Mançester Siti Puma 76,2 2019-29
Çelsi Nike 70,4 2017-32
Bavariya Adidas 60 2015-30
Yuventus Adidas 55,1 2019-27
Liverpul Nike 35,2 2020-25

Ancaq Laporta belə hesab edir ki, Kataloniya klubu daha artığına layiqdi: “İndi əlimizdə olan müqavilə bazarın ən yaxşısı deyil, ancaq “Barsa” dünyada ən çox futbolkası satılan klubdu. Bazardakı ən yaxşı müqavilə bizdə olmalıdı, belə deyilsə, onda xoşbəxtlikdən başqa variantlarımız da var”.

Nə qədər təəccüblü olsa da, Laporta haqlıdı. UEFA-nın fevralda açıqladığı maliyyə hesabatına inansaq, “Barselona” klub merçendayzinqinin satışından hamıdan çox – 170 milyon avro qazanıb. Kataloniyalıların ən yaxın izləyicisi “Real”ın gəliri 155 milyon avro təşkil edib. Klubdakı anonim mənbə “The Athletic”ə bildirib ki, “Barsa”nın çoxdan “Nike” şirkətinin işi ilə bağlı iradları var. Klubun fikrincə, Amerika şirkəti heç də bütün müqavilə tələblərini yerinə yetirmir, keyfiyyəti aşağı düşən atributların çatdırılmasını da yubadır. Elə fanatlar da narazıdı: Amerika şirkətinin kreativliyi aşağı düşüb, bəzi forma dəstləri keyfiyyətinə (bəzi futbolkalar yuyulan kimi sıradan çıxıb) və xarici görünüşünə (məsələn, 2020/21 mövsümü üçün hazırlanan qızılgül rəngində olan forma) görə tənqid olunur.

Laporta özü də müqavilə tələblərinin yerinə yetirilmədiyini ictimaiyyətə deyib. İndi isə o, müqaviləni pozmaq istəyir: “Nike” şirkətinə demişik ki, müqavilə kobudcasına pozulduğuna görə onu dayandırmaq istəyirik. Bizə kompensasiya ödəmək üçün 45 gün vaxtları var idi, ancaq ödəmədilər”.

“Nike”ın yerini kim tutacaq?
Aydındı ki, müqaviləni pozmaq üçün əsas axtaran Laporta onu tapıb. Klub son bir neçə ayda yeni tərəfdaş axtarışı ilə məşğuldu. Favoritlər sırasında “Puma”, “New Balance” və “Hummel” göstərilir. Klub rəhbərliyi ən sərfəli təklifi gözləyir. Hərçənd klub daxilindəki mənbələr onlardan hansınınsa “Nike” ilə müqayisədə ikiqat artıq məbləğ təklif edə biləcəyinə şübhə edir. “Marca”nın yazdığına görə, “Puma” kataloniyalılara 100 milyon avroluq imza bonusu və illik 120 milyon ödəniş təklif edir.

Kənar şirkətlər klubun tələblərini yerinə yetirə bilməsə, “Barsa” daxili ehtiyatları işə salacaq. Söhbət klub merçendayzinqinə görə cavabdehlik daşıyan BLM şöbəsindən gedir. Ötən il kataloniyalıların büdcəsinə 100 milyon avro əlavə edən BLM klubun gəlirlərini formalaşdırmaqda 4-cü yerdədi. Yəni kataloniyalılar özləri öz formalarını istehsal edə bilər. Ancaq Laporta belə hesab edir ki, təcrübəli geyim təchizatçısının cəlb olunması “Barsa” üçün daha sərfəli və təhlükəsizdi.

Laporta “Nike” şirkətini təzyiq altında əzdiyinə və yaxın günlərdə müqaviləni pozacağına əmindi. “Nike” isə öz növbəsində susqunluğu qoruyur, heç bir rəsmi açıqlama vermir. Belə bir variant da mümkündü ki, “Barselona” 125 illiyini qeyd edəcəyi növbəti mövsümdə özünün istehsalı olan forma ilə oynasın (bu forma azarkeşlər və kolleksiya yığanlar arasında böyük maraq doğuracaq), 2025/26 mövsümünə isə yeni geyim təchizatçısı ilə başlasın.

Paylaş:
Digər xəbərlər

Aktual

17-03-2024, 12:0

“Barselona” ilə “Nike” arasındakı bağlar qırılmağa yaxındı

Dünya futbolu

1-01-2024, 21:0

“Barselona” “Nike” ilə əməkdaşlıqdan bezib

Maraqlı

12-07-2023, 16:0

“Nike” onu istəmədi, Çin şirkəti ilə anlaşdı

Dünya futbolu

22-09-2023, 15:0

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Dünya futbolu

28-06-2022, 17:0

"Braselona"nın prezidenti Levandovski ilə telefonla danışdı

Dünya futbolu

30-07-2023, 16:0

“Barselona” oyunçusunu “Portu”ya satdı

Aktual
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
Son xəbərlər
  • Bu gün, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Bu gün, 12:00
    "Neftçi" "Dinamo-Minsk"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Bu gün, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Bu gün, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 231
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 188
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 130
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə