• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Karini transgenderə uduzdu və boksdan getdi

Dünya futbolu

6-08-2024, 06:0

Parisdə keçirilən 33-cü Yay Olimpiya Oyunları öz axarıyla davam edir. Azərbaycan idmançılarının medalları öz yerində, Fransanın paytaxtında başqa maraqlı hadisələr də baş verir.

Məsələn, belçikalı triatlonçu Jolyen Vermeylen bildirib ki, Senada üzərkən suda zibil görüb:

“Körpünün altında üzərkən elə şeylər gördüm ki, bunlar haqda düşünməmək yaxşıdı. Sena artıq 100 ildi çirklidi. İdmançıların təhlükəsizliyi prioritet olmalıdı. Dünya səviyyəli idmançılar belə suda yarışmamalıdı”.

Olimpiadada triatlon yarışları iyulun 31-də start götürüb. Bundan əvvəl isə Senanın suyunun keyfiyyəti üzündən məşqlərin və kişilərin yarışının vaxtı dəyişib. Yarışların ilk günündə iki idmançının ürəyi bulanıb. Kanadalı Tayler Mislavçuk və Qazaxıstan təmsilçisi Yekaterina Şabalina finişə çatandan sonra özünü pis hiss edib. İsveçli xanım triatlonçu Tilda Monsson isə suyun rəngindən və iyrənc qoxusundan narazılıq edib.

Dopinq-testin ləngiməsi ilə bağlı narazılıqlar da var. 100 kq-a qədər çəki dərəcəsində yarışan iki cüdoçu dopinq-test zamanı kompütürin işləməməsi üzündən üç saat ləngiyib. Bürünc medal qazanan israilli Peter Palçik belə deyib:

“Dopinq-testdən keçməyim üç saat çəkdi. Kompüter işləmirdi, proqram açılmırdı”.

Oyunların indiyəqədərki ən böyük qalmaqalı da yaşanıb. İtaliyalı boksçu Ancela Karini əlcəzairli İman Xəliflə döyüşün 46-cı saniyəsində mübarizəni dayandırıb. O, rəqibin əlini də sıxmayıb, rinqin ortasında oturaraq ağlayıb. Xatırladaq ki, İman Xəlif cinsini dəyişmiş idmançıdı, ötən il gender testindən keçə bilmədiyinə görə dünya çempionatından kənarlaşdırılmışdı. Beynəlxalq Olimpiya Komitəsi (BOK) bu qalmaqala görə Beynəlxalq Boks Assosiasiyasını (IBA) günahlandırıb. IBA da öz növbəsində BOK-u bu idmançını yarışa buraxdığına görə tənqid edib.

25 yaşlı Karini 2019-cu ildə keçirilən Avropa və dünya çempionatlarının gümüş medalçısıdı. Transgender idmançıya uduzmaq ona çox pis təsir edib. Karini burnundan çox sərt zərbə alıb və bir qadın idmançının belə güclü zərbə vurmasının mümkün olmadığını deyib. Dediyinə görə, ağrıya dözə bilmədiyinə görə təslim olub. Maraqlıdı ki, italiyalı boksçu artıq karyerasını bitirdiyini elan edib:

“Özüm-özümdən soruşdum: qarşımdakı kimdi? Ancaq bu, mənim həll edəcəyim məsələ deyil. Rəqibə də yazığım gəlir, media ətrafımızda elə ajiotaj yaratdı ki... Biz kimik ki, kimisə mühakimə edək, nəyin doğru, nəyin yanlış olduğunu deyək? Biz idmançıyıq, hakim deyilik. Bunu mən məğlubiyyət saymıram. Uduzmadım, bilərəkdən təslim oldum. Rinqdən başıuca ayrılıram və boksla vidalaşıram”.

Bir neçə kəlmə də medal sıralamasındakı durumla bağlı danışaq. Ənənəvi favoritlərdən Çin 1-ci, ABŞ 4-cü pillədə qərarlaşıb. “Doğma divarlar”ın da dəstəyindən yararlanan fransalı idmançıların ikinciliyi daimi də ola bilər, keçici də. Avstraliya və Böyük Britaniya da liderlər qrupunadı.

Azərbaycanın postsovet məkanı ölkələrinin hamısından irəlidə olması da sevindirici məqamdı. Güləşçilərimizin hələ mübarizəyə qoşulmadığını da unutmayaq. Artıq iki qızıl medalımız var. Bu isə Sidney (2000) və London (2012) Olimpiadalarındakı nəticənin təkrarlanmasıdı. Xatırladaq ki, sonuncu – Tokio Olimpiadasında idmançılarımız yalnız 3 gümüş və 4 bürünc medal qazana bilmişdi.

Paylaş:
Digər xəbərlər

İdman

18-07-2024, 14:0

Nazir Senada üzdü və ölkəsini təriflədi - “Möhtəşəmdi, sözümüzü tutduq!”

İdman

25-06-2024, 22:0

Paris meri Senada çimməyi təxirə saldı - Olimpiada ətrafında nələr yaşanır?

İdman

3-05-2024, 21:0

Nadalla Alkaras tandem təşkil etmək istəyir

Dünya futbolu

9-04-2024, 12:0

Messi Olimpiadada oynamağa hazırdı

Aktual
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
Son xəbərlər
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
  • Dünən, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Dünən, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Dünən, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Dünən, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Dünən, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Dünən, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Dünən, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Dünən, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Dünən, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Dünən, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Dünən, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • 18-05-2026, 23:0
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • 18-05-2026, 23:0
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • 18-05-2026, 22:0
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • 18-05-2026, 21:0
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 234
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə