Bilindiyi kimi, Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində ilk oyun Bakıda keçiriləcək.
“Football-plus.az” Bolqarıstan mətbuatına istinadla xəbər verir ki, oyunu canlı izləmək istəyən bolqar azarkeşlər 11 avrosundan keçməli olacaq: “Azarkeşlərimiz üçün Tofiq Bəhramov adına Respublika stadionunda 26, 27 və 28-ci sektorlar ayrılacaq. Görüşün başlamasına 3 saat qalmış kassalar fəaliyyətə başlayacaq. Oyuna giriş biletinin qiyməti 11 avro və ya 20 Azərbaycan manatı təşkil edəcək”.
Qeyd edək ki, “Qarabağ” - “Ludoqorets” matçı avqustun 6-sı saat 20.00-da start götürəcək.
KAMAL SƏFƏR