“Maklaren”də rəhbər dəyişikliyi

16.12.2022 12:16 289
İdman
“Maklaren” də indiki rəhbəri Andreas Zaydlın komandadan ayrıldığını təsdiqləyib.

Football-plus.az xəbər verir ki, əvvəllər komandada icraçı yarış direktoru vəzifəsini yerinə yetirən Andrea Stella Zaydla xələf olub. 2015-dən bəri “Maklaren”ə qoşulan italiyalı mütəxəssis Britaniya komandasına qədər uzun illər ərzində “Ferrari”də çalışıb.

46 yaşlı Zaydl “Maklaren”dən ayrılan kimi özünə yeni iş yeri tapıb. O, bundan sonra “Sauber Group” şirkətində baş direktor kimi çalışacaq. Şirkətin mətbuat xidməti Zaydlın fikirlərinə yer verib:

“Yanvardan “Sauber Group”a qoşulmağım əladı. “Formula-1”də zəngin tarixi olan komandaya və çox yaxşı təşkilata qoşuluram. Birlikdə qarşıya qoyduğumuz ambisiyalı hədəflər üzərində çalışacağımız günlər üçün səbirsizlənirəm”.


Düzdü, Zaydl qrupu “Formula-1” üzrə dünya çempionatında təmsil edən “Alfa Romeo”nun gündəlik idarəçiliyi ilə məşğul olmayacaq İndi onun qarşısında duran əsas vəzifə komandadan ayrılan Frederik Vasserə əvəzedici tapmaqdı.