“Çempionatda maksimum nəticə götürmək istəyirik”

2.08.2024 20:45 389
Premyer-liqa / Manşet
Təlim-məşq toplanışını ötən həftə bitirən “Şamaxı” çempionata hazırlığı davam etdirir.

Avqustun 4-də “Sabah”la qarşılaçacaq “şirlər” elitaya dönüşün uğurlu olmasına çalışır. Bəs elitaya qayıdış necə olacaq? Futbolçulardan Arsen Ağcabəyovun fikirlərini öyrəndik:
“Hazırlıq prosesinin əsas hissəsi geridə qalıb. Oyun həftəsinə girmişik, bu həftə də tam konsentrasiya ilə oyuna hazırlaşacağıq. Maksimum nəticə götürmək istəyirik. Təlim-məşq toplanışını da uğurla başa vurmuşuq. Ümid edirəm zəhmətimizin bəhrəsini çempionatda görə biləcəyik”.


RÖYANƏ OĞUZ