Deyəsən,“dənizçilər”in istirahəti bir az uzun çəkib. Komanda iyulun 26-da “əvəzedicilər”ilə qarşılaşır.
Bəs “Səbail” bir daha yoxlama oyununa çıxacaqmı?
Bu barədə məlumat almaq üçün komandanın baş məşqçisi Şahin Diniyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Hazırlığı fasilədən sonra tam qaydasında davam etdiririk. Sabah əvəzedicilərlə yoxlama oyunu keçirəcəyik. Ayın 29-u sonuncu yoxlama matçına çıxacağıq. MOİK-lə oyundan sonra çempionata hazırlaşacağıq. Kollektivimiz isə tam formalaşıb. Transfer işlərini, demək olar, tamamlamışıq”.
RÖYANƏ OĞUZ




