“Sevilya”da Ən-Nəsirinin yerini tutdu

2.08.2024 13:51 349
Dünya futbolu
“Lester”in futbolçusu Keleçi İheanaço “Sevilya”ya keçib.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. “Lester”in nigeriyalı hücumçunun keçidi üçün nə qədər qazanmasına rəsmən aydınlıq gətirilmir. İngiltərə klubunda 2017-ci ildən çıxış edən Keleçi “tülkülər”in heyətində 160 oyuna 33 qol vurub.

Afrikalı futbolçu “Sevilya”da bu yay “Fənərbaxça”ya keçən Yussef Ən-Nəsirinin yoxluğunu hiss etdirməməyə çalışacaq.