Gözlənilən transfer rəsmiləşdi

1.08.2024 14:43 354
Dünya futbolu
Strahinya Pavloviç artıq “Milan”ın sıralarındadı.

İtaliya nəhəngi “Zaltsburq”un müdafiəçisinin gözlənilən transferini rəsmiləşdirib. “Milan”ın saytının yaydığı xəbərə görə, 23 yaşlı futbolçu ilə “5+1 il” sxemi üzrə müqavilə imzalanıb.

Serbiyalı oyunçu Avstriya klubunda 2022-ci ildən çıxış edirdi. O, ötən mövsüm “Zaltsburq”da 37 matça meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.