“Milan” hücum xəttini yeni oyunçu ilə gücləndirib.
“Football-plus.az” xəbər verir ki, İtaliya klubu “Zaltsburq”dan Noa Okaforu heyətinə qatıb. Fabritsio Romanonun yaydığı xəbərə görə, isveçrəli oyunçu ilə 5 illik müqavilə imzalanıb. Bu transferin milanlılara 14 milyon avroya başa gəldiyi də məlum olub.
23 yaşlı futbolçu “Zaltsburq”da 2020-ci ilin yanvarından çıxış edirdi. O, ötən müddətdə Avstriya klubunda 110 oyuna çıxıb, 34 qol vurub və 23 qolun ötürməsini verib.